Tarix : 2011 Feb 05
Kod 21198

Həbsdə olan AİP sədrinin növbəti dəfə hüquqları pozuldu

Mövsüm Səmədovu naməlum şəxs dindirib. Bu barədə Mövsüm Səmədovun vəkili Anar Qasımov məlumat verib
Azerbaijan servsi/Aran agentliyi

İslaminsesi.az-ın verdiyi məlumata görə, Azərbaycan Baş Prokurorluğu AİP sədri Mövsüm Səmədov və digər həbs olunanlar barədə rəsmi məlumat açıqlayıb. Baş Prokurorluqda dünən keçirilən kollegiya iclasında həbs olunan şəxslərin müxtəlif maddələr üzrə ittiham olunduğu və hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilib. Bundan əlavə iclas zamanı bu işin qısa müddətdə yüksək peşəkarlıqla istintaq olunması və bütün əlaqədar şəxslər aşkar edilməklə onların məsuliyyətə cəlb edilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov, dünən Bakı İstintaq Təcrdixanaında qanunsuz olaraq vəkilin iştirakı olmadan şifahi dindirilib. Bu barədə redaksiyamıza Mövsüm Səmədovun vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə, istənilən halda hüquqlarını qoruduğu şəxsin, ondan xəbərsiz olaraq dindirlməsi qanunuszluqdur. “Dünən Mövsüm Səmədovla görüşmüşəm. Səhhəti normaldır və özünü yaxşı hiss edir. Sadəcə olaraq ölkədə baş verən ictimai-siyasi hadisələrdən xəbərdar olması üçün həbsxana rəhbərliyindən qəzetlər istəsə də, onun istəyi nəzərə alınmayıb. Bundan əlavə hüuquqlarını qoruduğum şəxsi, məndən xəbərsiz olaraq yenidən dindiriblər. Müstəntiq Mövsüm bəyin tanımadığı və bizə də adını açıqlamadığı bir şəxslə Bakı İstintaq Təcridxanasına gəlib. Biz də bununla bağlı bir başa İstintaq Təcridxanasının vasitəsilə istintaq qrupunun rəhbərinə Mövsüm Səmədovun vəsatətini göndərdik və bundan sonra hər hansı bir istintaq hərəkəti aparılarkən mütləq vəklin iştirakının təmin olunmasını onun nəzərinə çatdırdım”-deyə vəkil Anar Qasımov bildirib.

  • Yazılıb
  • da (də) 2011 Feb 05