Bu müraciəti imzalayanlar dərhal hicab qadağasının ləğv olunması və həbs olunanlar, o cümlədən Azərbaycan İslam partiyası sədrinin azad olunmasını istəyiblər
Azərbaycan servisi/Aran agentliyi
Minlərlə qeyrətli təbrizli Azərbaycan Respublikasında orta məktəblərdə islami hicabın qadağasına kəskin etirazla yanaşı bir məktub imzalayaraq bu ölkədə təcili olaraq hicab müdafiəçilərinin azadlığını istəyib.
Müxbirimizin verdiyi məlumata əsasən tələbə qurumlarından bir neçəsinin təşəbbüsü ilə hazırlanmış bu müraciət Azərbaycan Respublikasında orta məktəblərdə islami hicaba qadağa ilə əlaqədar AR Təhsil Nazirliyinin siyasətinə etiraz olaraq imzalanıb.
Bu müraciəti imzalayanlar dərhal hicab qadağasının ləğv olunması və həbs olunanlar, o cümlədən Azərbaycan İslam partiyası sədrinin azad olunmasını istəyiblər.
Bu müraciət Azərbaycan Respublikasının Təbrizdəki konsulluğuna təhvil veriləcək.
Eyni zamanda İran İslam Şurası Məclisində Təbrizin millət vəkili və parlamentin rəyasət heyətinin üzvü Məhəmməd Hüseyn Fərhəngi bildirib: İran Azərbaycan Respublikası ilə hərtərəfli əlaqələrin genişlənməsində maraqlı olmuş və İranın gündəmi qonşuları ilə münasibətlərin inkişaf etdirilməsidir. Eyni zamanda iki hökumət arasında heç bir kin-küdurət və ədavət yoxdur. Lakin bu məsələnin reallaşması iki tərəfin iradəsinə ehtiyaclıdır. Bu barədə Azərbaycan Respublikası hökuməti qeyri-məntiqli hərəkətlərin həyata keçirilməsindən çəkinməlidir.
Mehr İnformasiya Agentliyinin məlumatına əsasən Məhəmməd Hüseyn Fərhəngi deyib: İran Azərbaycan Respublikasında iqtisadi və tikinti fəaliyyətlərinin genişlənməsində maraqlıdır. Bu istiqamətdə İran və Azərbaycan Respublikası arasında şose yolunun çəkilməsi təklifi irəli sürülüb.