Tarix : 2011 Feb 06
Kod 21212

Təbriz əhalisinin aksiyasının bəyanatı

Azərbaycan Respublikasında orta məktəblərdə islami hicab qadağası ilə əlaqədar Təbriz əhalisi etiraz aksiyası keçirib
Aran agentliyi/Azarbaycan

 

Təbriz əhalisinin aksiyasının bəyanatı

 

(Aran agentliyi)—Azərbaycan Respublikasında orta məktəblərdə islami hicab qadağası ilə əlaqədar Təbriz əhalisi etiraz aksiyası keçirib. Aksiyada bəyanat qəbul olunub və Azərbaycan Respublikasının Təbrizdəki konsulluğuna təqdim olunub. Bəyanatın mətni belədir:

 

Bismillahir-rəhmanir-rəhim

Azərbaycan Respublikasında orta məktəblərdə islami hicabın qadağan olunması barəsində Təbriz əhalisinin etiraz aksiyasının bəyanatı

 

İnsanları nur və səadətə hidayət edən sonuncu səmavi dinin nicatverici hökmləri elə bir əhəmiyyət və müqəddəsliyə malikdir ki, onlara hətta qeyri-islami ölkələrdə və ən uzaq coğrafi bölgələrdə hörmətsizlik təkcə müsəlmanları deyil, həm də dünyanın azad düşüncəli insanlarını da incidir. Təəssüflər olsun ki,  artıq bir müddətdir İslam Konfransı Təşkilatına üzv ölkələrdən birində, qonşu Azərbaycan Respublikasında müxtəlif medialarda 1,5 milyard müsəlmanın müqəddəslərinə qarşı hörmətsizliklər əks olunur. AR-nın orta məktəblərində islami hicabın qadağan olunması və hicab müdafiəçilərinin müxtəlif bəhanələrlə kütləvi şəkildə həbs olunması, rəsmi Bakının zəncirvari anti-din hərəkətlərinin son halqası sayılır.

 

Biz bu mərasimdə toplaşanlar öz insani, dini vəzifəmiz istiqamətində və Təbriz xalqının nümayəndəsi kimi, xüsusilə də bu şəhərin orta məktəblərinin məktəbli qızları İran İslam Respublikası xalqı ilə Azərbaycan Respublikasının müsəlman xalqı arasında mövcud tarixi, mədəni və məzhəbi ortaqlıqları nəzərə alaraq, AR-nın orta məktəblərində hicab qadağası siyasətini kəskin şəkildə pisləməklə yanaşı aşağıdakı məsələləri qeyd edirik:

  1. Müsəlman cəmiyyətlərin önəmli əsaslarından biri kimi islami hicab elə yüksək səviyyədə Quran ayələri və Məsum (ə)-ların hədislərində vurğulanıb ki, heç bir bəşəri qanunla onun riayət olunmasının zəruriliyində boşluq yaratmaq olmaz. Buna görə hicablı məktəblilər tərəfindən islami hicabın tərk olunmasını zəruri edən “orta məktəblərdə vahid məktəbli geyimindən istifadə qərarı” ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsaslandırmaları qəbul olunmaz və qeyri-məntiqi sayılır. Məntiqi və dini əsaslarla uyğunlaşmamasından əlavə, dini etiqadların yerinə yetirilməsi azadlığına diqqət yetirən Azərbaycan Respublikası Konstitusiyasının 25 və 48-ci maddələri ilə açıq-aşkar təzaddadır. Eyni zamanda bu anti-din siyasət Azərbaycan Respublikasının riayət etməyi öhdəsinə götürdüyü insan haqları bildirişinin prinsipləri, xüsusilə də 1948-də təsdiqlənmiş insan haqları beynəlxalq bildirişinin 18-ci maddəsi, BMT əsasnaməsinin 55-ci maddəsi və habelə İslam Konfransı Təşkilatında 1990-cı ildə təsdiqlənmiş islami insan hüquqları bəyannaməsinin bir çox prinsipləri ilə tam şəkildə ziddiyyət təşkil edir.
  2. İslam dünyasında böyük təqlid mərcələrinin yüksək yeri və sərhəd tanımayan hökmləri əsaslı və önəmli məsələdir. Təəssüflər olsun ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmiləri bir çox mərcə təqlidləri, o cümlədən Həzrət Ayətullah Sübhani Təbrizi, İslami İranın müxtəlif şəhərlərinin imam cümələri, xüsusilə də Təbrizin hörmətli imam cüməsi Həzrət Ayətullah Müctehid Şəbistərinin hicab qadağasının ləğvi barəsindəki səmimi qeydlərinə diqqət yetirməmiş və bu qeydləri AR-nın daxili işlərində müdaxilə kimi yozmuşlar. Azərbaycan Respublikası hökuməti, xüsusilə bu ölkə prezidenti cənab İlham Əliyevdən hörmətli təqlid mərcələri və alimlərinin tövsiyəsindən sonra Bakıda Həzrət Fatimeyi-Zəhra (s) məscidinin sökülməsi qərarını ləğv etdiyi kimi bu dəfə də bir müsəlman şiə kimi ali təqlid mərcələrinə tabeliyini nümayiş etdirməsini və təkcə orta məktəblərdə islami hicabın qadağan olunması deyil, ümumiyyətlə şəxsiyyət vəsiqəsinin islami hicabla verilməsi kimi və s... mövcud bütün məhdudiyyətləri ləğv etməsi gözlənilir.
  3. Müqəddəs İslam dinində əsaslı prinsip olan “اطلب العلم من المهد الی اللحد” (elmi beşikdən qəbirə qədər tələb et) məsələsinə əxlaqi bir tövsiyə kimi deyil, hər bir müsəlman kişi və qadın üçün önəmli və vacib məsələ kimi baxılmışdır və bu barədə təsəvvür olunan bütün zaman və məkan məhdudiyyətləri aradan qaldırılmışdır. Buna üzdən dini etiqadlara sadiq qalmaq səbəbinə görə Azərbaycan Respublikasında, hicablı məktəbliləri təhsili davam etdirməkdən məhrum etmək dərhal dayandırılmalı olan bir məsələdir.
  4. Hazırda Azərbaycan Respublikasında anti-din siyasətlərdə sionist rejimin nüfuzu və təsiri kimi acı və inkar olunmayan həqiqət AR-da hicab qadağası siyasəti barəsində regional fikir sahiblərinin bütün təhlillərini bu nöqtədə birləşdirir: Bu məsələ bu yenicə dirçəlmiş ölkə üçün arzulanmayan nəticələrə səbəb ola bilər. Buna görə də münasib görünən budur ki, Azərbaycan Respublikası hökuməti öz taleyini sionistlərin qara taleyi ilə düyünləməməli və müsəlman bir ölkə kimi öz əlaqələrini islam ölkələri ilə möhkəmləndirməlidir.
  5. Daha yaxşı olar ki, Azərbaycan Respublikası rəsmiləri bu ölkədə genişlənmiş dinofobiya siyasətlərinin nəticəsindən məlumatlanmaq üçün keçmişdə və hazırdakı müsəlman cəmiyyətlərin vəziyyətlərinə diqqət göstərsinlər. İrana İslam İnqilabından öncə, Türkiyəyə Atatürk zamanı, Tunisə Bin Əli zamanı və hazırda Misir və Yəmən və s... kimi ölkələr münasib misallardır. Belə ki, rəsmi Bakı bu hökumətlərin taleyindən ibrət dərsi almalı və bundan artıq müsəlman xalqın və ilahi qəzəbin alovunda yanmamalıdır.
  6. Hazırda hər bir sağlam düşüncə bu məsələyə qərar verir ki, 20%-dən çox ərazisinin düşmən işğalı altında olan Azərbaycan Respublikası hökuməti öz düşmənləri ilə pərdə arxasında əlaqələr qurmaq, habelə bu ölkənin müsəlman xalqını başını hicab qadağası və s... kimi məsələlərə qatmaq əvəzinə Qarabağın azadlığı və bir milyon Qarabağ qaçqının problemlərini həll etmək məqsədilə bu qeyrətli xalqın etiqad təlimlərindən yararlanmaq fikrində olmalıdır.

Sonda yuxarıdakı məsələləri nəzərə alaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyini qeyd edir, hərtərəfli Tehran-Bakı münasibətlərinin genişlənməsini müsbət qarşılamaqla yanaşı bu ölkə xalqı və hicablı məktəblilərinin hicab qadağası siyasəti qarşısındakı müqavimətini alqışlayır, Azərbaycan Respublikasında mövcud anti-din siyasətləri və habelə Münafiqlər qruplaşmasının üzvlərinə AR hökumətinin sığınacaq verməsi kimi bəzi təəssüfləndirici xəbərlərə kəskin narazılıqlarımızı bildiririk. Eyni zamanda Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğundan qəti şəkildə istəyirik ki, Təbriz əhalisinin müraciətini düzgün formada Bakı hökumətinə çatdırmaqla yanaşı AR prezidentindən bu ölkədə cari anti-din rəftarlarına əsaslı baxış keçirməklə, AR orta məktləblərində hicab qadağası, və digər dini məhdudiyyətlərə son qoysun və hicab qadağası ilə əlaqədar həbs olunanlar, o cümlədən AİP sədri Möhsün Səmədovu dərhal azad etsin, bütün müsəlmanlar, xüsusilə də Azərbaycan Respublikasının müsəlman xalqından üzr istəməklə yanaşı hökumət vəzifələrində çalışan anti-din siyasətlərinin əsas amillərini vəzifələrindən kənarlaşdırsın. Təbii ki, yuxarıdakı istəklərin reallaşmadığı təqdirdə Təbriz xalqı İran İslam Respublikasının digər şəhərləri kimi Azərbaycan Respublikasının inanclı xalqı və hicablı məktəblilərinin yolunda etirazları davam edəcək.

 

  • Yazılıb
  • da (də) 2011 Feb 06