İran İslam Respublikasının Təbriz şəhərində orta məktəb şagirdi olan bir qrup qız Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya məktub ünvanlayıblar
Azərbaycan servisi/Aran agentliyi
Aran agentliyi - İran İslam Respublikasının Təbriz şəhərində orta məktəb şagirdi olan bir qrup qız Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya məktub ünvanlayıblar.
Allahın adı ilə
Xanım Mehriban Əliyeva
Azərbaycan Respublikası prezidentinin hörmətli həyat yoldaşı
Salam və hörmətlə
Bir neçə müddət öncə bir elmi ekskursiya çərçivəsində Araz çayının sahillərinə getmişdik. Tarix müəllimi bu coşqun çayın kənarında bölgə tarixi və Arazın şimal sakinlərinin İran xalqı ilə tarixi, mədəni və dini ortaqlıqlarından söz açdı. Belə ki, söz Azərbaycan Respublikası xalqının indiki vəziyyətinə çatdı. Azərbaycan Respublikası ərazisinin 20%-nin düşmən işğalında olmasını, habelə Azərbaycan Respublikası xalqının səkkizdə birini Qarabağ müharibəsi qaçqınları təşkil etdiyini narahatlıqla bildirən tarix müəllimimiz söhbət etdiyi zaman dostlarımdan biri soruşdu ki, bəyəm siz Azərbaycan Respublikası əhalisinin 95%-ni müsəlmanların təşkil etdiyini söyləmirsiniz? Bəs nə üçün bu xalq öz torpaqlarının geri alınması üçün İraqın İrana qarşı müharibəsi zamanı bizim ata-qardaşlarımızın Xürrəmşəhri azad etdikləri kimi döyüşərək Qarabağı azad etmirlər? Sanki bu sualın cavabı müəllimimiz üçün çox çətin idi. Müəllimimiz bir az dayandıqdan sonra dedi: Əlbəttə Azərbaycan Respublikasının xalqı da bizim kimi müsəlman və şiədirlər. Ancaq Azərbaycan Respublikasında din hökumətdən ayrıdır və bu ölkə xalqına İranın müsəlman xalqı kimi öz dini etiqadları, o cümlədən cihad və şəhidlikdən istifadə edərək Qarabağın azad olunması icazəsi verilmir. Müəllimimiz bu məsələni izah etdi: Azərbaycan Respublikasında din və hökumətin iki ayrı məsələ olduğuna görə son vaxtlar bu ölkənin Təhsil Nazirliyi AR orta məktəblərinə hicabla getməyi qadağan edib. Müəllimimiz sözlərini davam etdirmək istəyirdi ki, məktəblilərin sualları yağmağa başladı. Biri soruşdu: Yəni doğrudan Azərbaycan Respublikasında hicablı qızlara təhsil icazəsi verilmir? Başqa biri soruşdu: Hicablı məktəblilər indiyə qədər təhsildən məhrum olmaqdan xilas olmaq üçün nə ediblər? Və...
Bu məsələnin irəli sürülməsi ilə biz məktəblilər arasında qəribə narahatlıq yarandı və bir az araşdırdıqdan və söhbətdən sonra bu nəticəni əldə etdik ki, Azərbaycan Respublikası hicablı məktəbliləri üçün bir iş görməliyik. Müxtəlif təkliflər irəli sürüldü. Nəhayət tarix müəllimimizdən eşitdik ki, siz əslən iranlısınız və hazırda sizin qohumlarınızdan Ərdəbil şəhərində yaşayırlar. Buna görə qərara aldıq ki, bu məktubu yazmaq və sizə bir namaz çadırı bağışlamaqla, bu ölkədə orta məktəblərdə islami hicab qadağasının ləğv olunmasına səy göstərmənizi sizdən istəyək.
Əminik ki, sizin bu hərəkətiniz Bakı, Gəncə, Lənkəran, Nardaran qəsəbəsi və digər şəhərlərdə hicablı məktəblilərin yenidən dərslərə qayıtmasına, elm və biliyə yiyələnməsinə və onları öz dini inancları ilə birləşdirərək Azərbaycan Respublikası üçün gözəl gələcəyi yaratmalarına səbəb olacaq. Eyni zamanda sizin bu hərəkətiniz hicablı məktəblilərin valideynlərini nigaranlıqdan qurtarmasına və onlar övladlarının gələcəklərinə ümid bəsləmələrinə səbəb olacaq.
Öncəliklə sizin bu məktuba diqqət yetirməyinizə təşəkkürümüzü bildiririk.
Təbrizli məktəbli qızlar.