Appelyasiya məhkəməsindən tələb etmişdir ki, İslam partiyasının müavininin 3-aylıq həbs olmaq hökmünü ev dustağına çevirələr, nəticədə bu tələb yerinə yetirilməyib
Azərbaycan servisi/Aran agentliyi
Cümə axşamı İslam partiyasının müavini Vaqif Abdullayevin appelyasiya məhkəməsi keçirildi və onun 3-aylıq həbs edilməsi qəti şəkildə qərara alındı.
“Aran” xəbər mərkəzinin “Faktxəbərə” istinadən verdiyi məlumata görə Abdullayevin vəkili məhkəmədən sonra elan elədi : Appelyasiya məhkəməsindən tələb etmişdir ki, İslam partiyasının müavininin 3-aylıq həbs olmaq hökmünü ev dustağına çevirələr, nəticədə bu tələb yerinə yetirilməyib.
Yeri gəlmişkən qeyd edək ki, bir müddət öncə : İslam partiyasının sədri, müavini və bölgələrdə olan komitə sədrləri Azərbaycan Respublikasının orta məktəblərində hicaba qarşı qoyulmuş qadağaya öz etirazlarını bildirməklərinə görə həbs olunmuş və hal-hazırda zindandadırlar.