Tarix : 2011 Feb 07
Kod 21229

Azərbaycan Respublikasının hicablı şagirdləri yenədə məktəblərə buraxılmır

Dövlət hicabı qadağan etməyi, təhsil nizamnaməsinin bir hissəsi olmasını və Uniformlardan istifadə etməyin zəruriliyi ...
Azərbaycan servisi/Aran agentliyi

Heç vaxt öz hicabımı açmayacağam, Onlar hicabın qadağan olunmasında bizə heç bir rəsmi sənəd göstərməyiblər.

“Aran” xəbər mərkəzinin verdiyi məlumata görə Azərbaycan Respublikasında orta məktəblərdə İslamı hicabın qadağası bu ölkədə müsəlmanlarının əksəriyyətinin çox saylı etirazlarına səbəb olub və onlardan bir çoxu öz hicablarını qorumaq və bu qadağaya öz etirazlarını bildirmək üçün dərslərdə iştirak etmirlər.

Hər cümə günü cümə zöhr namazını qıldıqdan sonra Azərbaycanın ikinci böyük şəhərlərindən olan Gəncə şəhəri İcra hakimiyyətinin qarşısında toplaşaraq özlərinin bu irəli sürülmüş siyasətlə müxalif olduqlarını bildirirlər.Dövlət hicabı qadağan etməyi, təhsil nizamnaməsinin bir hissəsi olmasını və Uniformlardan istifadə etməyin zəruriliyi ünvanında qeyd edir.Lakin bu mövzu təmamilə dövləti müsəlmanlarla üzbəüz qoymuş və müsəlmanların sayları günbəgün artmaqdadır.Bakı dövlətinin bu addımı bu ölkənin konustitusiyasının qanunları ilədə zid olduğundan şagirdlərin kütləvi etirazına səbəb olmuşdur.Bakının 11-ci sinif şagirdi Vüsalə xanım deyir : Heç vaxt öz hicabımı açmayacağam, Onlar hicabın qadağan olunmasında bizə heç bir rəsmi sənəd göstərməyiblər.Bu şifahi əmri qəbul edə bilmərəm və başqa sözlə onadan itaət etmək olmaz.

Hicablı şagirdlərin valideynləridə bu qadağaya öz etirazlarını bildiriblər, lakin bunların müqabilində onlar Təhsil nazirinin məktəblərdə yeni qoyulmuş qanuna qız şagirdlərinin tabe olmaqlarının zəruriliyinin şifahi qərari ilə üzbəüz qalıblar, bir halda ki, Azərbaycanın məktəblərində qoyulmuş hicab qadağası heç bir rəsmi qanun vericilik daşımır.Valideynlər yeni qadağaların qanunsuz olmalarını qeyd ediblər və bu qanunsuz qadağaları şagirdlərə zor gücü ilə tətbiq edə bilməzlər deyə qeyd ediblər.Valideynlərdən bir çoxu öz hicablı qızlarının adlarını xüsusi məktəblərdə  yazmağa çalışırlar ki, bu məktəblərdə islamı hicabla təhsil almağın heç bir problemi yoxdur. 

  • Yazılıb
  • da (də) 2011 Feb 07