Tarix : 2011 Feb 07
Kod 21232

Azərbaycan Respublikasında hicaba qoyulmuş qadağadan ən çox mənfəət götürən Sionist rejimidir

Təbrizin mədəni fəallarından olan Seyyid Mühəmməd Məsud Nəqib Təbrizin əhali və qız şagirdlərinin Azərbaycan ...
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan Respublikasında hicaba qoyulmuş qadağa bu ölkənin müsəlman xalqının dini və milli atributlarının əksinədir.                                    

   “Aran” xəbər mərkəzinin verdiyi məlumata əsasən,Təbrizin mədəni fəallarından olan Seyyid Mühəmməd Məsud Nəqib Təbrizin əhali və qız şagirdlərinin Azərbaycan Respublikasında hicaba qoyulmuş qadağa ilə əlaqədar etiraz aksiyası keçirilən vaxda söhbət edərək Quran və hədis baxımından hicabın əhəmiyyətinə təkid etdi və Azərbaycan Respublikasında hicaba qoyulmuş qadağaya işarə edərək Sionist rejimini  İslama zid olan bu siyasətdə ən çox mənfəətə malik olduğunu qeyd elədi. İranda Rza şah və Türkiyədə Atatürk zamanında hicaba zid olan siyasətlərini yada salaraq Azərbaycanın Təhsil Nazirini bu qadağanı ləğv etməyə çağırıb və Azərbaycan Respublikasının hicablı qızlarının təhsil almaq hüquqlarına malik olduqlarına təkid edib.                                                                                                               

   İctimai və mədəniyyət məsələləri üzrə ekspert Azərbaycan Respublikasında hicaba qoyulmuş qadağanı bu ölkənin müsəlman xalqının dini və milli atributları ilə əks olduğunu nəzərə çatdırıb və Azərbaycan Respublikasının konistitusiyasının  qanunlarına istinadən bildirdi ki, hicabın bu ölkənin orta məktəblərində qadağan olunması bu dövlətin konistitusiya  qanunu və beynəlxalq nizamnaməilə zid olduğunu vurğulayıb.                                                                                     

   Nəqib söhbətinin axırında ümüdvar olduğunu qeyd edərək dedi :Azərbaycan Respublikasının rəsmiləri məntəqənin hal-hazırdakı vəziyyətin xüsusəndə İslam ölkələrində baş verən sonuncu hadisələri düzgün analiz eləməklə  yanaşı Azərbaycan Respublikasının müsəlman millətinin hüquqlarına ehtiram qoysunlar.                                                                                                               

   Bunuda qeyd edək ki, Təbriz camaatının keçirdiyi aksiya 6-maddəli bəyanat sadir etməklə və hicab qadağasının tezliklə ləğv edilməsinə təkid edərək və dini dəyərləri müdafi etməklə həbs olanlar xüsusən Azərbaycan Respublikası İslam Partiyasının sədrinin azad olmağı tələbilə sona yetdi.   

  • Yazılıb
  • da (də) 2011 Feb 07