Tarix : 2011 Feb 07
Kod 21233

Bakıda diktator Mübarəki fitə basdılar

Aksiya cəmi bir dəqiqə çəkib. Gənclər polislər hadisə yerinə gələnə qədər aksiyanı başa ...
Azərbaycan servisi/Aran agentliyi

Dünən saat 14:00 radələrində bəzi müxalif partiya və müstəqil gənclər təşkilatlarının 30-a yaxın fəalı Hüsnü Mübarəkin Xırdalandakı heykəlinin yaxınlığında etiraz aksiyası keçiriblər.

 

 
 

Aksiya iştirakçıları «Qaz, işıq, su qalxdı. Millət palçığa batdı», «Dictator Exit (Diktator get)», «İnqilabınız Mübarək», «Let Egyptians free and luck. Be off Hosni Mubark (Misirlilərin azad və xoşbəxt olmasına icazə ver. Çıx get Hüsnü Mübarək) kimi şüarlar səsləndiriblər. Etirazçılar Hüsnü Mübarəkin heykəlini fitə də basıblar.
Aksiya cəmi bir dəqiqə çəkib. Gənclər polislər hadisə yerinə gələnə qədər aksiyanı başa çatdırıb parkdan uzaqlaşıblar. Aksiyaya görə saxlanan olmayıb. 

  • Yazılıb
  • da (də) 2011 Feb 07