Tarix : 2011 Feb 07
Kod 21234

Hüsnü Mübarək rejimi: ''Aranı İran qarışdırdı''

Diktator ailəsinin 70 milyardlıq pul yığmasının dünyaya elan edildiyi bir vaxtda Hüsnü Mübarək əlaltılarından biri maraqlı açıqlama verib
IIR servisi/Aran agentliyi

Diktator ailəsinin 70 milyardlıq pul yığmasının dünyaya elan edildiyi bir vaxtda Hüsnü Mübarək əlaltılarından biri maraqlı açıqlama verib.

İslam-Azeri.az İnternet qəzetinin Ərəb mətbuatına istinadən verdiyi xəbərə görə, Misir dövlət televiziyasının "Mehvərimiz" adlı proqramında Misirdə diktatura, zülm və aclıq əleyhinə keçirilən milyonluq aksiyalarI İranla əlaqələndiriblər.

Seyid Əli adlı aparıcı Misirin İran olmayacağını önə çəkərək deyib: "Bu gün Təhrir meydanında baş verənlərin arxasında İran var. İranın Ayətullahları, onların əlaltıları və təşkilatları Misiri yıxmaq istəyirlər".

Yersiz açıqlama olduğu halda 10 milyon etirazçı bu açıqlamadan çox, hazırda Misir diktatorunun istefasını tələb etməyə davam edirlər.

Bu arada yeni məlumatlar yayılıb. Belə ki, diktatorun 620 milyard dollarlıq qızılı var imiş.

 

 

İslam-Azeri.az 

 
  • Yazılıb
  • da (də) 2011 Feb 07