Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, sosial-iqtisadi vəziyyətdən narazılıq Serbiyanın paytaxtı Belqradda da əhalinin küçələrə çıxmasına səbəb olub. Ölkədə son illərin ən kütləvi mitinqi sayılan bu aksiyada 70 min nəfər iştirak edib. Serbiyanın aparıcı müxalifət partiyası olan İnkişaf Partiyasının rəhbərlik etdiyi mitinqdə növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi səsləndirilib. Partiyanın lideri Tomislav Nikoliç bəyan edib ki, hökumət bu tələblə razılaşmasa, aprel ayından Belqradda mütəmadi etiraz aksiyalarına əl atılacaq.
Qeyd edək ki, son zamanlar Serbiya İnkişaf Partiyası reytinqdə ölkə prezidenti Boris Tadiçin liderlik etdiyi Demokratlar Partiyası ötüb. Müxalifət mitinqi keçirilərkən, Belqradda asayişi 7 minə yaxın polis qoruyub.