Tarix : 2011 Feb 08
Kod 21275

Azərbaycan respublikasının hicaba qoyduğu qadağaya israrlı olması onun taleyinin Rzaxandan yaxşı ...

Azərbaycan respublikasının orta məktəblərində hicaba qarşı qoyulmuş qadağa həqiqətdə bu dövlətin bir növ eqoist və təkəbbürlü dövlətlər müqabilində özünü satmağıdır
Azərbaycan servisi/Aran agentliyi

Aranın verdiyi məlumata görə Həştərəvəd və Çaravimaq camaatının islam şürası məclisinin nümayəndəsi Mühəndis Ğəffar İsmaili Aran xəbər mərkəzi ilə xüsusi müsahibəsində Azərbaycan respublikasının orta məktəblərində hicaba qarşı qoyulan qadağanı həqiqətdə bu dövlətin bir növ eqoist və təkəbbürlü dövlətlər müqabilində özünü satmağı bildi ki, adı gedən problem bu ölkənin xalq bazasının zəifləməyə xüsusən indiki zamanda bais olacağını vurğuladı.

   Bu xəbərə əsasən, İsmaili Sionist rejimini tanıtdırmaqla yanaşı İslama zid olan siyasətləri seçməkdə  Bakı dövlətinin güzəştlərinin ünvanında dedi : Bir neçə müddətdir ki, Azərbaycan Respublikasında bir çox cavanların dini prinsiplərə xüsusi diqqət və əhatə taparaq İslami hökmlərə və məscidlərə rövnəqləri günbəgün artmaqdadır, bununla bərabər bu ölkənin dindar cavanları İslamı hicaba xüsusi diqqət edirlər. Təbiidir ki, hər nəqədər bu mövzu yəni dini prinsiplərin dərinliyi artarsa İzrail və Qərbin nigarançılığıda o qədər artacaq. Buna görədə onlar səy edirlər ki, bu gedən proseslərin qarşısında maneə yaratsınlar.                                                                              

   Məclis nümayəndəsi  bunuda qeyd elədi  : Hər bir atılan addımda  dominantlığın rəngı və iyi zor gücü ilə olarsa və   o cəmiyyətin dini inancları köklü olmasa  nəinki uzun müddət ərzində məğlubiyyətə uğrayar bəlkə    onun əsasların təhkim etmək səbəb olur ki, bizim tariximiz ən yaxşı şahiddir. Rza şah Qərbin  köməyilə və zahiri iqtidarilə  zorla məmuriyyəti ələ almışdı ki, hicabı aradan apara, amma məqsədinə çata bilmədi və təəssüflər olsun ki, məğlub oldu və bu gün  Rza xanın hökümətindən yarım əsir keçməkdədir yenədə xalq onun adını nifrət hissilə yad edirlər.                                                                                                             

   Belə nəticəyə gəlirik ki,Azərbaycan respublikasının hicaba qoyduğu qadağaya israrlı olması onun taleyinin Rza xandan yaxşı olmadığını göstərir və Azərbaycanın Təhsil naziri gərək bu məsələyə xüsusi diqqət edə ki, orta məktəblərdə bu qadağaya davamiyyət peşimançılıq və məğlubiyyətdən başqa bir şey ələ gətirməyəcək bu ölkənin xalqının müqavimətilə xoşa gəlməz bir məğlubiyyətə düçar olacaqdır.

   Məclisin bu nümayəndəsi sonda dünya müsəlmanlarını və xüsusən İran xalqını İslami dəyərləri dünyanın hər bir yerində qorumağı hər birinin fəzifəsi bildi.

  

  • Yazılıb
  • da (də) 2011 Feb 08