Azərbaycan Respublikasının Masallıda Telekommunikasiya Qovşağında baş vermiş hadisədə xəsarət alanlardan birinin həlak olması ilə hadisə qurbanlarının sayı 2 nəfərə çatıb
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan Respublikasının Masallıda Telekommunikasiya Qovşağında baş vermiş hadisədə xəsarət alanlardan birinin həlak olması ilə hadisə qurbanlarının sayı 2 nəfərə çatıb.
APA-nın məlumatına görə, bazar ertəsi günü Masallı rayonunda Telekommunikasiya Qovşağında baş vermiş hadisədə daha 4 nəfər də yaralanıb.
Bu partlayış nəticəsində 4 mərtəbəli binanın bəzi divarları uçub, ətrafda yerləşən bir neçə şəhərin telefon xətləri kəsilib.
APA Masallı Rayon Prokurorluğunun hadisənin səbəblərini araşdırmaqla məşğul olduğunu bildirib və binanın qazlaşdırılmadığın əsas götürərək, binada partlayıcı qurğunun yerləşdirilməsi ehtimalını gündəmə gətirib.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün hadisə yerinə baxış keçirdikdən sonra hadisəyə texniki problemlərin səbəb ola biləcəyini deyi.