Azərbaycan Respublikası informasiya vasitələri bu gün xəbər veriblər ki, Səhiyyə Nazirliyində 21 rəhbər işçi vəzifəsindən çıxarılıb
Azərbaycan servisi/Aran agentliyi
Səhər TV-Azərbaycan Respublikası informasiya vasitələri bu gün xəbər veriblər ki, Səhiyyə Nazirliyində 21 rəhbər işçi vəzifəsindən çıxarılıb.
Vəzifədən çıxarılan şəxslər xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin struktur bölmə rəhbərləri vəzifələrin tutmuşdurlar.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 54 nəfər məsul işçi barədə isə intizam tənbehi tətbiq edilib. Həmin şəxslərin işdən azad edilməsi və tənbeh edilməsinin əsas səbəbi əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verdikləri nöqsanlar olub.
Ötən günlər ərzində Azərbaycan Respublikasında bəzi hökumət rəsmiləri korrupsiya və rüşvətxorluq sahəsində ciddi mübarizənin aparılmasının vacibliyindən danışıb, bu sahədə iş görəcəklərini vəd ediblər.
Həımçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində də kollegiya iclası keçirilib. İclasda "şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiyasının" həyata keçirilməsi müzakirə olunub. Kənd Təsərrüfatı naziri İsmət Abbasov aqrar sektorda bir çox nailiyyətlərin əldə olunduğunu deyib.