Hicab qadağasına etirazına görə həbs olunmuş AİP sədri Hacı Möhsün Səmədov rəsmi ittihamları qəbul etmir
Azərbaycan servisi/Aran agentliyi
Səhər TV--Hicab qadağasına etirazına görə həbs olunmuş AİP sədri Hacı Möhsün Səmədov rəsmi ittihamları qəbul etmir. Amma məsələyə mənəvi baxımdan yanaşdıqda həbs olunmasına Allahın məsləhəti kimi baxır, bunu ilahi göstəriş kimi qəbul edir."
Hacı Möhsün Səmədovun vəkili Anar Qasımov bunları deyib.
Vəkil bildirib ki, İslam Partiyası sədrinin müavini, partiyanın təşkilat şöbəsinin müdiri Hacı Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Ruhulla Axundzadənin, eləcə də Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət təqdim olunub.
Hicab qadağasına etiraz edən islam partiyasının fonksionerlərinin həbsi ölkədə əsaslı narazılığa səbəb olub.