İran İslam İnqilabının qələbəsinin Fəcr ongünlüyü ilə bir vaxtda Bakıda İran Film Günü tədbiri keçirilir
Azərbaycan servisi/Aran agentliyi
İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Bakıdakı səfiri Məhəmməd Bağır Bəhrami bazar ertəsi günü bu mərasimdə İran İslam İnqilabının dünyada əldə etdiyi mədəni nailiyyətlərə işarə edərək, deyib: "Sionist və amerikalı kinematoqrafların Hollivud filmləri ilə həqiqətləri təhrif etmək və əxlaqsızlığı genişləndirmək ardınca olduqları zamana kimi iranlı kinematoqraflar yorulmadan həqiqətləri bəşəriyyətin diqqətinə çatdıracaqlar".
M.B.Bəhrami İranın müxtəlif mədəni və elmi sahələrdəki nailiyyətlərinə işarə edərək, deyib: "Bu gün iranlı kinematoqraflar öz nailiyyətləri ilə zəngin İran mədəniyyətini dünyaya tanıtdırmaqla yanaşı dünyada zülm, zorakılıq və hegemonçuluq quruluşunu gücləndirməyə xidmət edən Qərbin mədəni hərəkəti qarşısında dayanırlar".
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mədəniyyət attaşesi İbrahim Nuri də bu mərasimdə mübarək Fəcr ongünlüyü münasibəti ilə mərasim iştirakçılarını təbrik edərək, deyib: İran mədəni sahələrdə çox yaxşı inkişafa və irəliləyişlərə malik olub, ildə 100-dən çox film istehsal etməklə hazırda dünyada ən iri film istehsalçıları arasında yer alır.
İran İslam İnqilabının qələbə çalmasının 32-ci ildönümü ilə bir vaxtda Bakıda işə başlayan İran Film Günü 3 gün davam edəcək.