Tarix : 2011 Feb 09
Kod 21280

İran 33 trilyon kubmetr qaz ehtiyatına malikdir

İran İslam Respublikasının neft naziri İranın 33 trilyon kubmetr qaz ehtiyatına malik olduğunu bildirib
IIR servisi/Aran agentliyi

İRNA-nın məlumatına görə, Seyid Məsud Mirkazimi bazar günü Tehranın cənubunda, 2 və 3 saylı kompressor qurğularının istifadəyə verilməsi mərasimində deyib: İran dünyanın 2-ci ən iri qaz ehtiyatına malik olan ölkəsidir və ölkənin təsdiq olunmuş 33 trilyon kubmetr qaz ehtiyatına malik olduğu bildirilir.

Mirkazimi həmçinin hazırda İranda 200 min kilometrdən çox qaz boru kəmərinin və qaz şəbəkəsinin mövcud olduğuna işarə edərək, deyib: Hazırda şəhər əhalisinin 95, kənd əhalisinin isə 40%-i qaş şəbəkəsi ilə təmin olunur.

İranın neft naziri Cənubi Pars qaz yatağının istismarı layihəsinin 5-ci inkişaf proqramının sonunda təkmilləşməli odluğunu deyərək, vurğulayıb: Cənubi Pars qaz yatağının istismarı layihəsinin başa çatması ilə İranın illik valyuta gəlirlərinin həcmi 110 milyard dollar artmış olacaq. 

  • Yazılıb
  • da (də) 2011 Feb 09