Tarix : 2011 Feb 09
Kod 21281

İran İslam İnqilabı; 32 il müqavimət və nailiyyət

İran xalqı İslam İnqilabının qələbə çalmasının 32-ci ildönümü ərəfəsində mübarək Fəcr ongünlüyünü əziz tutaraq, İslam İnqilabının qələcə çaldığı o həssas və əzəmətli günlərin xatirəsini anır
IIR servisi/Aran agentliyi

Səhər TV-İran xalqı İslam İnqilabının qələbə çalmasının 32-ci ildönümü ərəfəsində mübarək Fəcr ongünlüyünü əziz tutaraq, İslam İnqilabının qələcə çaldığı o həssas və əzəmətli günlərin xatirəsini anır.

Fəcr ongünlüyü həmçinin İslami İranın inkişafı yolunda elm, sənaye və yeni infrastrukturların yarasılması sahəsində icra edilən layihələrin istifadəyə verilməsi üçün münasib fürsət sayılır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Tehranın ötən cümə namazı xütbələrində verdikləri son bəyanatlarında bu ilkdi Fəcr ongünlüyünü və 22 Bəhmənin başqa bir əhval-ruhiyyəyə malik olduğunu vurğuladılar. Çünki, xalz uzun illər davam edən səy və təlaşın ardınca hazırda öz səsinin, məzlumcasına amma, tam iqtidarlı olan fəryadının bu gün İslam Dünyasının müxtəlif nöqtələrində o cümlədən Misir və Tunisdə tam qüdrətlə inikasının şahididir.

İran xalqı 32 il öncə İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə İslam İnqilabını qələbə ilə nəticələndirdi. İran İslam İnqilabının qələbəsi dünyanın zorakı və hegemon qüdrətlərinin bütün hesablamalarını alt-üst etdi. Və İran İslam Respublikası beynəlxalq əlaqələrdəki rolunu tam iqtidarla nümayiş etdirdi. Lakin, İran xalqının düşmənləri elə ilk gündən müxtəlif fitnələrə əl atmaq, o cümlədən daxiliçəkişmələr, etnik çaxnaşmalar,hərbi çevrilişlər, 8 illik müharibə,iqtisadi sanksiyalar, psixoloji müharibələr və xəyanətlər yolu ilə İran xalqının inkişafı yolunda maneələr yaratmağa çalışdılar. Hətta bu yolda İranın nüvə alimlərini terror etməkdən də çəkinmədilər. Bütün bu fitnələrin ortaq cəhəti İslam İnqilabı və İslam Respublikasını səhnədən kənarlaşdırmaq idi.

İran xalqının düşmənləri ötən 3 onillikdə öz məqsədlərinə nail olmaqda davamlı olaraq müvəffəqiyyətsizliyə uğramalarını nəzərə alaraq, indi də ölkə daxilində fitnə törətmək yolu ilə öz istəklərinə nail olmaq istəyirlər.Ötən il İranda prezident seçkilərindən sonra şahidi olduğumuz fitnə cərəyanı da elə bu planın bir parçası idi. Lakin, İran xalqının ayıqlığı düşmənləri bir daha İslam Respublikası quruluşu qarşısında məğlubiyyət ilə üzləşdirdi. Və bu günə kimi düşmənlərin bütün fitnələri məğlubiyyətdən başqa heç bir sonluğa malik olmayıb.

İran İslam İnqilabı bu gün, qələbə çalmasından 32 il sonra, dünyanın zorakı və zalım qüdrətləri qarşısında dayanıb. Və insani kəramət üzərində qurulmuş din və mənəviyyat hakimiyyətini dini demokratiyanın əsas siyasi prinsipi olaraq qəbul edib. İran xalqının müstəqilliyi və izzətinin əsas səbəbi olan bu müqavimət və mübarizə isə dünya xalqları, xüsusilə də müsəlmanlar üçün ən çox zazibədarlığa malik olan məsələdir. Bu arada İran xalqının elm, etxnologiya, siyasət və mədəniyyət sahələrindəki müvəffəqiyyətləri hazırda İslam Ümməti üçün bir növ konstruktiv ülgüyə çevrilib.

Həqiqətdə İslam İnqilabının nailiyyətləri və müvəffəqiyyətləri davamlı müqavimət və mübarizələrin nəticəsidir və İslam İnqilabı bu makro baxış əsasında dünya xalqları üçün bir ülgü və nümunəyə çevrilib. 

  • Yazılıb
  • da (də) 2011 Feb 09