Xüsusən evlərin kənarlarına, binaların qarşısına atılan məişət tullantıları baxımsızlıqdan xəbər verir
Azerbaijan servsi/Aran agentliyi
Xüsusən evlərin kənarlarına, binaların qarşısına atılan məişət tullantıları baxımsızlıqdan xəbər verir. SİA-nın bölgə müxbirinin şəhərin təxminən 10-dan artıq küçə və prospektində apardığı araşdırma zamanı məlum olub ki, məhəllə evlərinin ətrafında məişət tullantılarına daha çox rast gəlinir və bu da antisanitariya vəziyyəti yaradır.
İnsanların məsuliyyətsizliyi bu acı mənzərənin yaranmasında başlıca amillərdən biridir. Üstəlik, bəzi məmurların “fəaliyyəti” də zibil təpəciklərinin yaranmasına rəvac verir.
Məsələyə münasibət bildirən Gəncə şəhər Təmizlik İdarəsinin baş mühəndisi Əli Vəliyevin sözlərinə görə, indiki halda məsuliyyət birbaşa vətəndaşların üzərinə düşür. Aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq sakinlər məişət tullantılarını hara gəldi atır.
Bununla yanaşı, baş mühəndis dövlət müəssisələrində də bir sıra problemlərin olduğunu etiraf edib. “Xüsusən bələdiyyə, mənzil istismar sahələri şəhərin təmiz saxlanılmasında Təmizlik İdarəsinə ümumiyyətlə kömək etmirlər”, - Ə.Vəliyev əlavə edib.