Tarix : 2011 Feb 09
Kod 21296

''İsrail rejimi Misiri itirmək ərəfəsindədir''

Livan ''Hizbullah'' hərəkatının lideri Seyyid Həsən Nəsrullah dünən çıxışı zamanı Misir və Tunis inqilablarını dəstəkləyib
Beynalxalq servsis/Aran agentliyi

Livan "Hizbullah" hərəkatının lideri Seyyid Həsən Nəsrullah dünən çıxışı zamanı Misir və Tunis inqilablarını dəstəkləyib.

İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, Nəsrullah ilk öncə Misir və Tunis xalqını salamlayaraq deyib: "Bu gün biz, Misir və Tunis xalqıyla, gəncləriylə həmrəylik içərisində olduğumuzu elan etmək üçün toplandıq. Əvvəlcə bu mövqeyimizi, bir neçə gün də olsa gecikdirdiyimiz üçün Misir və Tunis xalqından üzr istəyirəm. Misir xalqına bu gün verdiyimiz dəstəkdə gecikməmizin səbəbi, tərəddüd ya da baş qarışıqlığı deyil. İllərdir İsrailə qarşı mübarizə edən bizlərin, məzlum ilə zalım arasında tərəfsiz qalması mümkün deyil. Sizi qorumaq, sizə qarşı ittihamlara maneə törətmək üçün həmrəylik duruşumuzu gecikdirdik. Çünki əgər daha əvvəldən bu dəstəyimizi elan etsəydik "Misir xalqını, Həmas, Hizbullah ya da İslam İnqilabına bağlı dəstələr idarə edir" deyəcəkdilər. Bizim Misir rejimiylə acı bir təcrübəmiz var. Bir üzvümüz, Qəzzadakı qardaşlarına kömək etmək üçün Misirdə işləyərkən həbs olundu və haqqında Misir rejimini yıxmağa cəhd etməklə günahlandırıldı. Lakin bizim bu günki həmrəylik mövqeyimizi gecikdirməmizə baxmayaraq Misir televiziyaları yenə bizi ittiham etdi. Bunun üçün biz gözlədik. Müşavirələrimizi etdik. Misirdəki qardaşlarımız, bir az gözləməmizi istədilər. Və biz bu gün həmrəylik içində olduğumuzu elan edirik ".

Misir inqilabına ad qoyulmasını tənqid edən "Hizbullah" lideri deyib:"Biz, Müsəlman və Xristianların, millətçilərin, İslamçıların və dünyəvilərin qatıldığı Misir xalqının inqilabını görürük. Əksəriyyəti gənclərdən ibarət olan xalqın bütün təbəqələrinin qatıldığı bir xalq inqilabını görürük. Misir xalq inqilabının xarici qüvvələrlə əlaqələndirməyin heç bir əsası yoxdur".

Nəsrullah Misir inqilabını İsrail və dostları ləkələdiyini önə çəkərək inqilabın həqiqi bir xalq hərəkatı olduğunu bildirib.

Bu inqilabda ən böyük zərbənin İsrail rejimi aldığını söyləyən "Hizbullah" lideri sözlərini belə davam edib: "1979-cu ildən İranı itirən İsrail Livan və Qəzzaya hücumdan sonra Türkiyəni itirdi. İndi isə ən böyük müttəfiqi olan Misiri itirmək ərəfəsindədir. İnqilabçıların İsraillə əlaqələrə yenidən baxılması tələbləri artıq İsraildə narahatçılığa səbəb olub".

Üstü örtülü şəkildə Səudiyyə muftilərini də tənqid edən Nəsrullah deyib: "Əgər bu gün İsrailə dəstək verən rejimlərimi, yoxsa Misir xalqını dəstəkləməlisən deyilərsə cavabı budur: "Biz Misir xalqını dəstəkləməliyik". Biz bu günki mövqeyimizə görə sabah cavab verəcəyik.

Bütün Livanlılara və İslam aləminə, Misir xalqıyla həmrəylik nümayiş etdirmələrinə səsləyən Nəsrullah sonda deyib: "Ey Misirli gənclər! Şəhidlərinizdə şəhidlərimizin üzünü görür, yaralılarınızda yaralılarımızın iniltilərini hiss edirik… Ey Misirli dostlarımız! Bu gün sizə uzaqdan Beyrutdan səslənirəm. Kaş ki sizin yanınızda, Təhrir meydanında, Qahirədə ola bilsəydim, bu cür böyük bir hədəf üçün qanımı və canımı fəda edərdim".

 

İslam-Azeri.az

  • Yazılıb
  • da (də) 2011 Feb 09