Tarix : 2011 Feb 09
Kod 21297

Bakı Avropa ilə viza rejiminin sadələşdirilməsini istəyir

Rəsmi Bakı Avropa ilə viza rejiminin sadələşdirmə arzusundadır!
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib: "Azərbaycan viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara başlamaq üçün Avropa Komissiyasına mandat verilməsini gözləyir"

M.Məmmədquliyev bildirib ki, Avropa Komissiyası müvafiq mandat aldıqdan sonra bu sahədə danışıqlar başlayacaq.

Bu arada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib : "Azərbaycan hazırkı məqamda hər hansı bir ölkə ilə viza rejimini tam aradan qaldırmağa hazır deyil".

Qeyd etmək lazımdır ki, İran İslam Respublikası hökuməti Azərbaycan Respublikasına iki ölkə arasında viza rejiminin ləğvini təklif etsə də, rəsmi Bakı indiyə kimi bu istəyi müsbət cavablandırmayıb.

Buna baxmayaraq İran dövləti Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərlərini sadələşdirmək məqsədi ilə birtərəfli şəkildə viza rejimini ləğv etdi.

  • Yazılıb
  • da (də) 2011 Feb 09