Azərbaycan Respublikası Müdafiə Nazirliyi orduda dedovşina hallarının artması nəticəsində ordunun sıralarını tərk edib, fərari düşən əsgəri axtarışa verib
Azerbaijan servsi/Aran agentliyi
(Səhər TV)--Azərbaycan Respublikası Müdafiə Nazirliyi orduda dedovşina hallarının artması nəticəsində ordunun sıralarını tərk edib, fərari düşən əsgəri axtarışa verib.
Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əlihəsən İsazadə Cinayət Məcəlləsinin 333.2-ci ,hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə maddəsi ilə təqsirli bilinir. Xidməti yerini özbaşına tərk etdiyi üçün onun barəsində axtarış elan olunub.
Son illərdə Azərbaycan ordusunda özbaşınalıq və dedovşina hallarının artması nəticəsində, intihar edən və fərari düşən əsgərlərin sayı artıb.
Mətbuatda yayılan məlumatlara əsasən, 2011-ci ilin yanvar ayı ərzində 10 hərbçi dünyasını dəyişib.