Tarix : 2011 Feb 11
Kod 21308

QAT: ''Azərbaycan hakimiyyəti erməni nümayəndələrini gizli şəkildə Bakıya gətirir''

Qarabağ Azərbaycan Təşkilatı bildirib ki, Azərbaycan hakimiyyəti erməni nümayəndələrini gizli şəkildə ...
Azerbaijan servsi/Aran agentliyi

Qarabağ Azərbaycan Təşkilatı bildirib ki, Azərbaycan hakimiyyəti erməni nümayəndələrini gizli şəkildə Bakıya gətirib tədbirdə iştirakını təmin etməklə milli maraqlarımıza xəyanət edir: “Bu gün erməniləri Bakıya gətirənlər, onlarla bir stol arxasında oturan məmurlar və QHT nümayəndələri, onlardan həvəslə müsahibə alan KİV təmsilçiləri və onların qarşısına çay qoyan xidmətçilərin arasında heç bir fərq yoxdur. Onların hamısı erməni siyasətinə xidmət göstərir, öz hərəkətləri ilə faktiki olaraq ermənilərin işğalçılıq siyasətinə, erməni vəhşiliklərinə bəraət qazandırırlar”.

QAT həmçinin hadisələri diqqətlə izlədiyini və ermənilərin gizli şəkildə Bakıya gətirilməsinin qarşısını almaq üçün tədbirlər gördüyünü də diqqətə çatdırıb. Onlar gec-tez bu “gizli əməliyyat”ın üstünü açacaqlarını və ermənilərin Bakıya gətirilməsinə bir dəfəlik son qoyacaqlarını bəyan ediblər: “Əks halda ölkəyə gətirilən ermənilərin vəziyyəti yaxşı olmayacaq, onları gətirənlər isə peşman olacaqlar. Nə qədər gec deyil, bu eybəcər siyasətdə iştirak edənlər geri çəkilməli, bu rüsvayçı praktikaya son qoymalıdırlar” .

  • Yazılıb
  • da (də) 2011 Feb 11