Tarix : 2011 Feb 11
Kod 21310

İran xalqı İslam İnqilabının qələbəsini əzəmətli şəkildə qeyd edir

İranın inqilab və bütün səhnələrində həmişə hazır olan xalqı bu gün də İran İslam İnqilabının qələbəsinin 32-ci ildönümü günündə ...
Azerbaijan servsi/Aran agentliyi

Bu gün cümə günü 22 bəhmən (7 rəbiüləvvəl, 11 fevral) İranın İslam İnqilabının ildönümü günüdür.

İranın inqilab və bütün səhnələrində həmişə hazır olan xalqı bu gün də İran İslam İnqilabının qələbəsinin 32-ci ildönümü günündə hər il olduğu kimi səhnədə hazır olmuş və əzəmətli yürüşlər keçirmişdir.

İslami İranın sadiq və inanclı xalqı İslam İnqilabının qələbəsinin ildönümü günü yürüşündə iştirakla İslam İnqilabı, İran İslam Respublikasının banisi İmam Xomeyni (rə) və İslam İnqilabının Böyük Rəhbərinin amallarına öz vəfadarlığını bir daha nümayiş etdirib.

İran xalqı habelə bugünkü yürüşlərdə Misir xalqının qiyamını dəstəklədiyini elan edib.

Tehran və İranın digər şəhərlərinin əhalisi Misirdə xalq qiyamının dəstəklənməsi ilə əlaqədar bir məktub imzalayıblar.

İran xalqı habelə İslam İnqilabının qələbəsinin ildönümü yürüşlərində Misir xalqının dəstəklənməsi istiqamətində "Mübarəkə ölüm", "İsrailə ölüm" və "ABŞ-a ölüm" şüarlarını səsləndirib.

İranın inqilabçı və mömin xalqı İslam İnqilabının qələbəsinin 32-ci ildönümü yürüşündə bir qətnamə qəbul edərək, belə vurğulayıb: Bəsirət və ayıqlıq, müqavimət və dözüm səhnəsində iştirak İslam və İran düşmənlərinin fitnələri ilə iqtidarlı şəkildə mübarizə üçün yeganə yoldur.

İslam İnqilabının qələbəsinin ildönümünün misli görünməmiş yürüşündəki İran xalqının yekun qətnaməsində həmçinin belə qeyd olunur: İranın inqilabçı və müsəlman xalqı İslam İnqilabının 32-ci parlaq günəşinin çıxışında yekdil, vəhdət, möhkəm və bəsirətlə dolu addımlarla və öz hikmətli rəhbərinə kamil vəfadarlığını elan etməklə ilahi vədlərin tam reallaşması istiqamətindəki öz səbir və möhkəmliliyi uğrunda şücaətlə irəliləyir.

Bu qətnamədə qeyd olunur ki, İranın müqavimətli və yekdil xalqı eniş-yoxuş, böhran və fitnələrdən keçməsi və inqilabın hədəf və amallarının reallaşmasına doğru ölkənin hərəkətinin davam etməsini İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin dərrakəli və möhkəm rəhbərliyi və idarəçiliyinə borclu hesab edir, bir səslə əsil Məhəmməd (s.ə.s) islamına tabe olaraq və İslam İnqilabının iqtidar və başıucalıqla davam etməsinin rəmzi Böyük Rəhbərin bələdçiliklərinin tam şəkildə ardınca gedilməsini qeyd edir.

İslam İnqilabı qələbəsinin 32-ci ildönümü yürüşlərində qəbul olunan İran xalqının yekun qətnaməsində şəhid nüvə alimlərinin xatirəsi anılaraq və qorxu və vəhşətin yaradılması istiqamətində İranın alim övladlarının terror edilməsində İslam və İran düşmənlərinin siyasəti pislənilərək İran xalqının tam nüvə haqqı vurğulanıb. Eyni zamanda beynəlxalq quldur qüdrətlərin təzyiqi qarşısında quruluşun müqavimətli siyasəti tam şəkildə dəstəklənib.

  • Yazılıb
  • da (də) 2011 Feb 11