Tarix : 2011 Feb 11
Kod 21314

“ İslam İnqilabı beynəlxalq səhnədə təsirli iştiraka malikdir”

İran İslam Respublikasının prezidenti deyib: İslam İnqilabı hazırda təkcə İranda deyil, beynəlxalq səhnədə də şəffaf, təsirli və həlledici iştiraka malikdir
IIR servsi/Aran agentliyi

(Səhər TV)-İran İslam Respublikasının prezidenti deyib: İslam İnqilabı hazırda təkcə İranda deyil, beynəlxalq səhnədə də şəffaf, təsirli və həlledici iştiraka malikdir.

Bu gün Tehranda İranın İslam İnqilabının 32-ci ildönümü münasibəti ilə milyonlarla insanın iştirakı ilə keçirilən yürüşçülər qarşısında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad deyib: İran xalqının tarix yaradıcı hərəkəti hazırda 32 yaşlı olmuş və bir il və bir addım daha da öz yüksək amallarına yaxınlaşmışdır.

1357-ci il bəhmən ayının 22-i bəşər tarixində insani kamal qüllələrinə doğru hərəkətdə ən böyük hadisə hesab edən Əhmədinejad deyib: Hazırda hamıya məlum olub ki, İranın İslam İnqilabı iranlı etnik məsələləri üzərində və yaxud bir qrup və partiyanın mənafeyi, etnik və tayfa mənafelər, hətta yalnız milli mənafelər əsasında olmamışdır.

İİR prezidenti bildirib ki, İran İslam İnqilabı 32 ildən sonra dünyanın adi hərəkətlərinin əksinə olaraq zəifləməmiş və yayınmamış, üstəlik əvvəlki günündən daha şövqlü, daha qüdrətli, daha canlı, daha şən və daha güclü olmuşdur.

Çıxışının davamında İranın nüvə məsələsinə toxunan Əhmədinejad deyib: Xalqların azadlığı qarşısındakı xətti qıran və öncül kimi olan İran xalqının inkişafından təşvişə düşən dünyanın bütün imperialistləri İran xalqının nüvə qüllələrini əldə etməməsinə çalışdılar. Lakin bu gün dünya bilir ki, nüvə yanacağının 0-dan 100-ə qədər bütün çarxları İran diyarının gəncləri və alimlərinin ixtiyarındadır.

İİR prezidenti imperialistlərə üzünü tutaraq deyib: Bütün maddi və şeytani qüdrətinizi İranın nüvə elmini əldə etməməsi üçün səfərbər edibsiniz. Lakin hazırda bu elm İranda yerliləşib. Qarşılaşmaq yerinə anlaşma və əməkdaşlıq yolunu seçin. Çünki bu sizin xeyrinizədir.

İran prezidenti güzəştlərin məqsədyönlü şəkildə idarə olunması və onun nailiyyətləri barəsində də deyib: Bu qanunun icra olunmasında İran xalqının ayıqlıq, sadiqlik, vəhdət və izzəti beynəlxalq proseslərdə İranın yeri və əzəmətini yüksəltdi və hazırda dünya İran xalqının iqtidarı və əzəmətinə başqa formada baxır.

  • Yazılıb
  • da (də) 2011 Feb 11