Ümid edirik ki, inşallah dost ölkədə Münafiqlərlə bağlı eşidilən hərəkətlər məhv olacaq və bir daha onun şahidi olmayacağıq
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan Respublikasının ANS telekanalının bu respublikada Münafiqlər terrorçu qruplaşması ünsürlərinin iştirakı barəsində reportaj yayımlaması ardınca, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib: Ümid edirik ki, inşallah dost ölkədə Münafiqlərlə bağlı eşidilən hərəkətlər məhv olacaq və bir daha onun şahidi olmayacağıq.
Münafiqlərin Azərbaycan Respublikasından mübadilə olunacağının irəli sürülüb-sürülməyəcəyi ilə bağlı Beynəlxalq Səhər kanalı müxbirinin sualını cavablandıran Ramin Mehmanpərəst deyib: Münafiqlər qruplaşmasının işi o qədər qaradır ki, heç bir ölkə və qrup bu işi müdafiə edə bilməz. Bu qruplaşma bizim xalqımızdan 12 mindən çox insanı şəhid ediblər.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib: Münafiqləri dəstəkləyən qərb ölkələri dünyanın ümumi fikri qarşısında cavabdeh olmalıdırlar. Cinayətkarların dəstəklənməsi heç bir yerdə qəbul ediləsi deyil.
Bakıda Sığınacaqların Ali Komissarlığının nümayəndəliyinin qarşısında İran İslam Respublikasına qarşı Münafiqlər qruplaşması ünsürlərinin "etiraz" xarakterli aksiyası barəsində ANS telekanalının reportajı haqda deyib: Əlbəttə İranın Azərbaycan Respublikası hökuməti ilə çox gözəl münasibətləri var və düşünürük ki, hökumətlər arasında bu gözəl münasibətlər və xalqların bir-birlərinə olan bağlılıqlarını inkişaf etdirə biləcəyik. Dost ölkələrin mediaları da elə bir istiqamətdə hərəkət etməlidirlər ki, bu əməkdaşlıqlar artsın və xalqlar arasında əməkdaşlıq və birlik üçün çoxlu zəminlər yaransın.
İran rəsmisinin sözlərinə görə, ümid edirik ki, bəzi vaxtlar şahidi olduğumuz bu yayındırıcı məsələlər, o cümlədən Münafiqlərlə bağlı hərəkətlər, inşallah dost ölkədə aradan qalxacaq və bir daha onun şahidi olmayacağıq.
Qeyd etmək lazımdır ki, qərb hökumətləri son aylar ərzində Münafiqlər terrorçu qruplaşmasını terrorçu təşkilatlar siyahısından çıxarmaq üçün səylərə başlayıblar. Bu istiqamətdə son zamanlar Azərbaycan Respublikasında orta məktəblərdə hicab qadağasına qarşı çıxanlara bu respublika hökumətinin əsəbi reaksiyalarının davamında Azərbaycan Respublikası televiziya kanallarında İran İslam Respublikasına qarşı reportajlar yayımlanır. Bu reportajlardan birində terrorçu Münafiqlər qruplaşması ünsürlərinin Azərbaycan Respublikasında olmasına etiraf olundu.
Bakı medialarının Mücahidlər təşkilatı adlandırdıqları terrorçu Münafiqlər qruplaşması Məhəmmədrza şah Pəhləvi rejimi dövründə bir neçə terrorçu əməliyyatı, o cümlədən İranda CBOA ingilis təyyarə şirkətinin ofisini partlatmaq və 1971-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Riçard Niksonun İrana səfəri ilə eyni zamanda bir neçə terror hadisəsi törətdiyinə görə ABŞ və qərb ölkələrinin qara siyahısında yer aldı. Baxmayaraq ki, hazırda Avropa Birliyi və ABŞ-ın bir gülləyə iki quş vurmaq və öz qeyri-qanuni mənafeyi siyasəti əsasında bu qruplaşmanın terrorçu təşkilatlar siyahısından çıxarılmasına səy göstərilir. Çünki Münafiqlərin terrorları qərbin mənafeyinin təminatçısıdır.
Münafiqlər qruplaşması İslam İnqilabından sonra 1981-ci ilə qədər özünü xalqla birlikdə və onların hüquqlarının qoruyucusu kimi cilvələndirməyə səy göstərdi. Lakin bu terrorçu qruplaşma İslam İnqilabının qələbəsindən sonra 1360-cı hicri şəmsi ili xordad ayının 30-da bir bildiriş verməklə rəsmi şəkildə İslam Respublikası quruluşuna qarşı silahlı müharibə və qanlı terrorlara başladı.
1360-cı ilin mordad ayının 7-də Xalq Mücahidləri təşkilatının sərkərdəsi Məsud Rəcəvi və İmam Xomeyni tərəfindən prezidentlik vəzifəsində yetərsizliyə görə kənarlaşdırılmış Əbül-Hüseyn Bəni Sədrlə birlikdə İrandan qaçdı və Fransaya daxil olduqdan sonra, bu ölkədən İslam Respublikasına quruluşuna qarşı öz silahlı terror mübarizələrini davam etdirdilər. Münafiqlər qruplaşmasının sərkərdəsi Məsud Rəcəvi iddia edir ki, münafiqlər 12 min iranlını terror ediblər.
Bu terrorçu təşkilat İranın müxtəlif şəhərlərində sadə vətəndaşlara qarşı bir çox bomba partlayışlarını həyata keçirdikdən sonra qorxu və vəhşətin yaradılması istiqamətində hökumət rəsmilərinə qarşı terrora üz çevirdi.
- İslam Respublikası partiyasının ofisi önündə bomba qoymaq və Şəhid Behişti və İranın daha 72 nəfər yüksək rütbəli şəxslərini 1360-cı il 7 tirdə şəhid etmək
- Baş nazirlik binasında bomba qoyulması, xalq tərəfindən prezident seçilmiş Məhəmməd Əli Rəcai, baş naziri Məhəmməd Cavad Bahünər və bir qrup digər siyasi fəalların şəhid edilməsi
- Namaz qılanlar və bir çox imam cümələr, o cümlədən Ayətullah Qazi Təbatəbai, Təbrizdə Seyid Əsədulla Mədəni, Ayətullah Dəstğeyb Şirazi, Ayətullah Səduqi Yəzdi və Ayətullah Əşrəfi İsfahaninin şəhid edilməsi.
- İran xalqına qarşı Səddamın vəhşilikləri və hücumlarına 8 il müddətinə dəstəkləmək
- 1367-ci ildə İraqdan İrana hücum
- 1373-cü il xordad ayının 30-da Aşura günündə Məşəhəddə İmam Rza (ə)-ın pak ziyarətgahında bomba qoymaq
Bu terrorçu təşkilat son illərdə də İranın elmi inkişaf layihələrinə qarşı ABŞ və sionist rejimin düşmənçiliyinin ciddi hal alması ilə İranın nüvə alimlərinin terror edilməsində rol oyanmışdır.
Terrorçu Münafiqlər qruplaşmasının Azərbaycan Respublikasında açıq fəaliyyətə keçməsi bu ölkədə də yeni qurbanlar almayacaqmı?