Tunis və Misirdəki hadisələr dünyaya təsir elədi. Azərbaycan dünyadan kənarda deyil. Korrupsiya deyəndə yuxarıların cinayətindən, rüşvət almasından söhbət gedir
Azərbaycan servisi/Aran agentliyi
Səhər TV--Azərbaycan Respublikasında son zamanlar anti-korrupsiya məsələsinin gündəmə gəlməsinə münasibət bildirən "Fəzilət" partiyasının sədri, politoloq Hacı Gündüz Hacıyev hökuməti ciddi islahatların aarılmasına çağırdı
"Fəzilət" partiyasının sədri İslam - Azəri saytına müsahibəsində deyib : " Tunis və Misirdəki hadisələr dünyaya təsir elədi. Azərbaycan dünyadan kənarda deyil. Korrupsiya deyəndə yuxarıların cinayətindən, rüşvət almasından söhbət gedir. Bununla mübarizəni hökümətin aparması təsirli olmayacaq. Xalq özü korrupsiya ilə mübarizə aparmalıdır.Bunun üçün də azad məhkəmə sistemi olmalıdır. Xalq hakimiyyət sistemi olmasa və məhkəmələrin azad sistemli olmayacağı təqdirdə bunlar görüntü xarakter daşıyacaq. Ən aşağı səviyyədə bir-neçə rüşvətxorun həbsilə qurtaracaq. Həqiqətən korrupsiya ilə mübarizə istəyiriksə kifayət qədər işlər görmək lazımdır. Mənəvi-əxlaqi məsələlrə həmişəlik riayyət olunmalıdır."
Politoloq Hacı Gündüz Hacıyev əlavə edib : " Müəyyən küfrlə hakimiyyət etmək olur, zülmlə idarə edilən davamlı hakimiyyət olmur və xalq gec-tez buna etirazını bildirir. Ağıllı insanlar və ağıllı hakimiyyətlər bu şeylərdən nəticə çıxarırlar. Təkəbbürlü şəxslər və hökümətlər isə, öz başlarına gəlməyənə qədər bu məsələni dərk etmirlər. İnsan zülm etməməlidir. Bunun üçün mənəvi-əxlaqi dəyərlərə riayyət olunmalıdır. Bunun üçün şərait yaradılmalı və təbliğ edilməlidir."
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də deyib : " "Dünyanın ən qəddar tiranlarından biri xalqın təzyiqilə hakimiyyətdən getməyə məcbur oldu. Misir xalqı gözümüzün qarşısında tarix yazdı. Növbəti dəfə xalqın ən böyük güc olduğunu, ən qəddar tiranlara da qalib gəlmək iqtidarında olduğunu sübut elədi. Inanıram ki, Misir xalqının qələbəsi dünyada bütövlükdə demokratikləşmə prosesinə ciddi təkan verəcək. Növbəti dəfə sübut olundu ki, heç bir diktaturanın, avtoritar rejimin perspektivi yoxdur. "
Müsavat partiyasının sədri İsa Qəmbər Mübarəkin postundan getməsini önəmli bir hadisə kimi qiymətləndirib və deyib : "Çox böyük bir hadisədir. Misir xalqının həyatında həddindən artıq önəmli hadisədir. Misirin müstəqilliyini əldə etməsi qədər önəmli bir gündür".
Həmçinin ABŞ-da mühacir həyatı yaşayan eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev deyib : "Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları iqnor edib bu və ya başqa məsələni hansı bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Ölkə neçə illərdir ki, korrupsiya şkalasına görə çempionların sırasındadır. Belə bir vəziyyətdə ölkədə korrupsiyaya qarşı mübarizə bayrağı altında, 70-ci 80-ci illərdəki kimi şouların düzəldilməsinin ancaq neqativ rolu ola bilər".
O Prezident İlham Əliyevi hicab qadağasına görə Pəhlvi rejiminin taleinə düşünməyə çağırıb!
"Qafqazinfo"ya müsahibəsə verən Rəsul Quliyev deyib : " Hicabı qadağan edib dinçiləri aqressivləşdirmək əvəzinə ən yüksək səviyyədə onları qəbul edib açıq söhbət aparmaq lazım idi. Eyni qadağanlar, eyni dinçilərlə yuxarıdan aşağı danışmaq, terrorçu adı ilə həbs etmək, hicabı ləğv etmək 1970-ci illərin ortalarında Pəhləvi İranında da baş verdi. Nəticəsi göz qabağındadır".