Tarix : 2011 Feb 13
Kod 21329

Ə.Əhmədov anti-İran aksiyalarını normal sayır

Hakim Yeni Azərbaycan partiyasının icra katibi İran azərilərinə hörmətsizlik etməklə yanaşı sionizmdən asılı DAK qruplaşmasının İranın Bakıdakı səfirliyi önündə aksiya keçirməsini dəstəkləyib
Azərbaycan servisi/Aran agentliyi

Hakim Yeni Azərbaycan partiyasının icra katibi İran azərilərinə hörmətsizlik etməklə yanaşı sionizmdən asılı DAK qruplaşmasının İranın Bakıdakı səfirliyi önündə aksiya keçirməsini dəstəkləyib.

Əli Əhmədov APA İnformasiya Agentliyinə deyib: Bir sıra yerlərdə, o cümlədən İranın Bakıdakı səfirliyi qarşısında aksiyalar keçiriblər. Mən bu aksiyaları tamamilə normal sayıram.

Qeyd etmək lazımdır ki, son zamanlar ANS telekanalı əlləri minlərlə günahsız iranlının qanına bulaşmış Münafiqlər terrorçu qruplaşması ünsürlərinin Azərbaycan Respublikasında olmalarına etiraf edib.
Əli Əhmədov habelə İran azərilərinə hörmətsizlik və onları Fransa erməniləri ilə müqayisə edərək deyib: Əgər İran KİV-i öz vətəndaşları olan azərbaycanlılara hörmətlə yanaşsaydı, Azərbaycan dövlətinə belə münasibət ifadə etməzdi. Mən bununla bağlı misal da çəkə bilərəm. Ola bilsin ki, bu misalı bəziləri düzgün qəbul etməyəcək. Ancaq reallıq budur ki, Fransanın Ermənistana ənənəvi xoş münasibətinin formalaşmasında Fransa hökumətinin və müvafiq qurumlarının orada yaşayan erməni vətəndaşlarına hörməti öz rolunu oynayıb. Heç olmasa, bundan nümunə götürməklə İran hökumət dairələri, müvafiq qurumları, KİV öz vətəndaşları olan azərbaycanlılara hörmət nümunəsi kimi Azərbaycan dövlətinə hörmətsizlik etməsin, əksinə, hörmət göstərsinlər.

Azərbaycan Respublikasında hakim YAP-ın icra katibinin bu sözləri elə bir haldadır ki, Azərbaycan Respublikasında müsəlman qardaşlara qarşı hicabofobiya siyasəti iranlı azərilər tərəfindən pislənilmişdir. Buna Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə keçirilən aksiyanı misal göstərmək olar. 

  • Yazılıb
  • da (də) 2011 Feb 13