Tarix : 2011 Feb 13
Kod 21330

Nazim İbrahimov Bozqurdçulara göstəriş verib

DAK qruplaşmasının xülyalar əsasında anti-İran çalışmaları son zamanlar sionist dairələrin sifarişi əsasında daha da artıb
Azərbaycan servisi/Aran agentliyi

Səhər TV--Sionst dairələr tərəfindən idarə olunan "Dünya Azərbaycanlıları Konqresi"(DAK) quruplaşmasının işçiləri o cümlədən deputat Sabir Rüstəmxanlı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüblər.
Görüşdə DAK quruplaşmasının həmsədri Sabir Rüstəmxanlı quruplaşmanın son anti-İran hərəkətləri barədə Nazim İbrahimova məlumat verib.
Eyni zamanda DAK quruplaşmasının gələcək fəaliyyəti, Azərbaycan diasporunun qarşısında duran dırnaq arası vəzifələr, bu il keçirilməsi planlaşdırılan sözdə Dünya Azərbaycanlılarının III Qurultayı danışılıb. Görüşdə İlham Əliyevin "Biz 50 milyonluq xalqıq" ifadəsi bir daha vurğulanıb.
DAK qruplaşmasının xülyalar əsasında anti-İran çalışmaları son zamanlar sionist dairələrin sifarişi əsasında daha da artıb.
Dünən Prezident Administrasiyasındakı bilgili mənbələr Beynəlxalq Səhər Kanalında məlumat vermişdilər ki, Administrasiyanın rəhbəri Ramiz Mehdiyev Diaspora iş üzrə Dövlət Komitəsinin sədrinə göstəriş verib ki, Azərbaycan Respublikası xalqının ümumi diqqətini Misir xalqının diktatorluq rejiminə qarşı qiyamından yayındırmaq üçün İran səfirlikləri qarşısında piket və digər hərəkətlərə əl atsınlar. 

  • Yazılıb
  • da (də) 2011 Feb 13