Tarix : 2011 Feb 14
Kod 21347

İranın Xarici İşlər Nazirliyi ANS-in reportajına münasibət bildirdi

Ümid edirik ki, münafiqlər haqda eşidilən hərəkətlər , inşallah bizim dost ölkəmizdə aradan qaldırılsın və daha bu cur məslələrin şahidi olmayaq
Azərbaycan servisi/Aran agentliyi

Tehran,(Səhər TV)--Azərbaycan Respublikasının ANS telekanalının bu respublikada terrorçu münafiqlər qruplaşması ünsürlərinin olması haqda reportajının yayımlanmasının ardınca İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst deyib : " Ümid edirik ki, münafiqlər haqda eşidilən hərəkətlər , inşallah bizim dost ölkəmizdə aradan qaldırılsın və daha bu cur məslələrin şahidi olmayaq".

Ramin Mehmanpərəst Səhər beynəlxalq telekanalı müxbirinin terrorçu münafiqlərin Azərbaycan Respbulikasından ekstradisiya edilməsinin ortaya atılacağı haqdakı sualına cavabda deyib:" Münafiqlərin keçmişiləri o qədər qaradır ki, heç bir ölkə onların hərəkətlərini müdafiə edə bilməz. Onlar 12 mindən çox İran xalqını şəhid ediblər".

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sonra deyib:" Münafiqləri himayə edən Qərb ölkələri dünyanın ümumi fikiri qarşısında cavabdeh olmalıdırlar. Cinayətkarları himayə etmək dünyanın heç bir yerində təsdiq edilə bilməz".

Ramin Mehmanpərəst ANS telekanalının terrorçu münafiqlər qruplaşmasının Bakıda BMT-nin Didərginlər üzrə Ali Komissarlığının ofisi qarşısında sözdə İran İslam Respublikasına qarşı etiraz aksiyası keçirməsi üzrə reportaj yayımlaması haqda da deyib:" Əlbəttə biz Azərbaycan Respublikası dövləti ilə çox yaxşı əlaqələrə malikik və dövlətlər arasındakı bu yaxşı əlaqələri və xalqların bir-birinə olan maraqlarını genişləndirmə zərurətinə düşünürük. Dost ölkələrin medialaraı da bu əməkdaşlıqların artırılması və əməkdaşlıq və həmdillik üçün zəminlərin daha artıq yaranması istiqamətində hərəkət etməlidirlər".

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sonra deyib:" Ümid edirik ki, bəzi vaxtlar şahid olduğumuz yayındırıcı bəhslər, o cümlədən münafiqlər haqda eşidilən hərəkətlər, inşallah bizim dost olduğumuz ölkədə aradan qaldırılsın və daha bu məsələlərin şahidi olmayaq".

Qeyd etmək lazımdır ki, terrorçu münafiqlər qruplaşması İranın müsəlman xalqının İslam İnqilabının zəfər çalmasından sonra tam aşkar formada İran xalqı qarşısında durdu və 1360-cı hicri şəmsi ili xordad ayının 30-da bir bəyanat yayaraq, İran İslam Respublikası Quruluşuna qarşı qanlı terrorları və silahlı müharibəni rəsmi formada başladı və bu qara-güruhun İranın müxtəlif məntəqələrində törətdiyi geniş saylı terror aktları İran xalqının müxtəlif təbəqələri həmçinin İran İslam Respublikası quruluşunun məsul şəxslərini də hədəf tutdu.

Terrorçu münafiqlər qara-güruhu qorxu və xaos törətmək məqsədilə İranın müxtəlif şəhərlərində adi vətəndaşlara qarşı çoxlu terror aktlarını həyata keçirdikdən sonra İranın hökumət rəsmilərini terror etməyə başladı. İran İslam Respublikası Partiyasının ofisində bomba yerləşdirmək, 1360-cı hicri şəmsi ili tir ayının 7-də Şəhid Beheşti və İranın yüksək səviyyəli məsul şəxslərindən 72 nəfərini şəhid etmək, İranın Baş Nazirlik ofisində bomba yerləşdirmək və xalqın çox sevdiyi prezidenti Məhəmməd Əli Rəcayi və baş nazir Məhəmməd Cavad Bahonəri şəhid etmək, İranın müxtəlif şəhərlərinin 5 İmam Cüməsini , o cümlədən Təbriz şəhərində Ayətullah Mədəni və Qazi Təbatəbai habelə başqa şəhərlərdə Ayətullah Dəstğeyb Şirazi , Ayətullah Səduqi və Ayətullah İsfahanini şəhid etmək , İran xalqına qarşı hərbi cinayətlərin törədilməsində İraqın cinayətkar Bəəs rejimi və Səddamla əməkdaşlıq etmək və İranın Məşhəd Şəhərində İmam Reza(əs.)-ın pak məqbərəsində bomba yerləşdirmək, münafiqlər qara-güruhunun həyata keçirdiyi qara və cinayətkar hərəkətlərinin bir hissəsidir. Bu qruplaşma hətta İranda 12 mindən çox şəxsi terror edib, şəhadətə çatdirilmasına da etiraf edir.

Bu terrorçu təşkilat son illər ərzində Amerika və sionist rejimin İranın elmi inkişaf layihələrinə qarşı düşmənçiliklərinin ciddiləşməsi ilə İranın nüvə alimlərinin terrorunda da rola malik olub.

Zehnə gələn təəccüblədirici sual budur ki, bir zamanlar İraqda Səddam rejiminə sığınmış terrorçu münafiqlər qruplaşının ünsürləri nə üçün hazırda Bakıda sığınıblar və onlar haqda təbliğat aparılır?  

  • Yazılıb
  • da (də) 2011 Feb 14