Tarix : 2011 Feb 14
Kod 21348

İranlı millət vəkilləri şükür namazı qılıblar

İranın İslam Şurası Məclisinin millət vəkilləri Misir xalqının qiyamını himayə üzrə aksiyalarının sonunda şükür namazı qılıblar
IIR servisi/Aran agentliyi

Tehran,(Səhər TV) - İranın İslam Şurası Məclisinin millət vəkilləri Misir xalqının qiyamını himayə üzrə aksiyalarının sonunda şükür namazı qılıblar.

İRNA-nın verdiyi məlumata əsasən İranın İslam Şurası Məclsinin millət vəkilləri 22 Bəhmən, Yovmullah gününün əziz saxlanılması hebelə Misir xalqının inqilabçı hərəkatını himayədə Tehranın Baharestan meydanı, Şəhid Müttəhhəri adına Ali Mədrəsə və İranın İslam Şurası Məclisinin ətraf prospektlərində yürüş keçiriblər.

İran Parlamentinin sədri və rəyasət heyəti üzvlərinin də müşayiət etdiyi bu yürüşün sonunda Misir xalqı qiyamının zəfər çalması münasibəti ilə Bəharistan binası ətrafında şükür namazı qılıablar.

İranın millət vəkilləri bu gün Misir xalqının qiyamını himayədə birsəslə "Allahu-Əkbər", " İsrailə ölüm", " Ya əyyühəl-müslimun, ittəhidu, ittəhidu" , "Amerikalı Firon edam edilməlidir" şüarları səsləndiriblər.  

  • Yazılıb
  • da (də) 2011 Feb 14