Tarix : 2011 Feb 14
Kod 21349

Ayətullah Məkarim Şirazinin Misir xalqına tövsiyəsi

İranın müqəddəs Qum şəhərindəki böyük təqlid mərcəyi Ayətullah Məkarim Şirazi Misir diktatoru Hüsni Mübarəkin süqutundan sonra Misir xalqına tövsiyə edib ki, Qərblilərə aldanmasınlar
Azərbaycan servisi/Aran agentliyi

Qum,(Səhər TV) -İranın müqəddəs Qum şəhərindəki böyük təqlid mərcəyi Ayətullah Məkarim Şirazi Misir diktatoru Hüsni Mübarəkin süqutundan sonra Misir xalqına tövsiyə edib ki, Qərblilərə aldanmasınlar.

MEHR xəbər agentliyinin verdiyi məlumata əsasən şiələrin tanınmış təqlid mərcəyi Ayətullahülüzma Nasir Məkarim Şirazi bazar günü vurğulayıb ki, Misir xalqı oyaq olmalıdır və öz yolunu davam etdirməlidirlər ki, İslamın keçmiş əzəməti regionda daha da aşkarlaşsın.

Ayətullah Məkarim Şirazi sonra deyib: " Regionda azadlıq nəsimi əsməyə başlayıb və İslam Ölkələri müvafiq olaraq müstəmləkəçilərin istilası altından çıxacaqlar". 

  • Yazılıb
  • da (də) 2011 Feb 14