İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü regional dəyişikliklərdə Tehran və Ankaranın rolunu həlledici və təsirli adlandırıb
Türkiyə servisi/Aran agentliyi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü regional dəyişikliklərdə Tehran və Ankaranın rolunu həlledici və təsirli adlandırıb.
İran XİN sözçüsü Ramin Mehmanpərəst Türkiyə prezidenti Abdulla Gülün Tehrana səfərinə işarə edərək, deyib: İki ölkə malik olduqları yaxşı münasibətlər və əməkdaşlıqlar ilə regional hadisələrdə təsirli rola malikdirlər.
R.Mehmanpərəst Türkiyə prezidentinin İrana səfərini mühüm dəyərləndirib və deyib: Bu səfər çox mühüm nəticələr o cümlədən, ikitərəfli əlaqələrdə böyük irəliləyişlərlə yanaşı olacaq.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Abdulla Gülün səfər proqramı ilə bağlı deyib: İrana səfəri zamanı Türkiyə prezidenti İslam İnqilabının Böyük Rəhbəri, İran prezidenti və İslami Şura Məclisinin sədri ilə görüşəcək.
R.Mehmanpərəst həmçinin iki qonşu və müsəlman ölkə olaraq İran və Türkiyə arasındakı əməkdaşlıqlar haqda da deyib: Şübhəsiz regionun müstəqil və güclü dövlətləri regional dəyişikliklərdə əsas söz sahibləri olacaqlar.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Yaxın Şərqdə və Afrikanın şimalında baş verən hadisələrə işarə edərək, ümidvarlıq edib ki, yeni olayların ardınca müstəqil demokratik dövlətlər hakimiyyətə gəlsinlər və regionda təhlükəsizliyin təmin edilməsinə mühüm rol oynasınlar.