Misir xalqının iradəsinə hörmət edib, Hüsni Mübarəkin heynəlini tez uçurmaq lazımdır. Baxmayaraq ki, bu heykəlin Azərbaycan Respublikasında ...
Azərbaycan servisi/Aran agentliyi
Rəsmi Bakının Misir Hadisələri haqda mövqe tutması və Bakının Xırdalan qəsəbəsində Hüsni Mübarəkin heykəlinin dağıdılması Azərbaycan Respublikası xalqının bu respublika hakimiyyətindən tələb etdiyi mühüm istəklərdən birinə çevirilib.
Azərbaycan Respublikası xalqı tərəfindən Səhər beynəlxalq telekanalına göndərilmiş elektron məktublar və ismarışlarda bu məqamlara rast gəlirik:
-Misir xalqının iradəsinə hörmət edib, Hüsni Mübarəkin heynəlini tez uçurmaq lazımdır. Baxmayaraq ki, bu heykəlin Azərbaycan Respublikasında qondarılması da böyük səhvimiş. Çünki Hüsni Mübarəkin Misir xalqına qənim kəsilməsi və sionist-ABŞ nökəri olduğu əvvəldən də bəlli idi. -Fərman Şəkidən
-Hüsni Mübarəkin taleyindən bizimkilər də ibrət dərsi götürməlidirlər. Bu günlər Azərbaycan R. hakimiyyətini təmsil edənlər də tez-tez korrupsiya və məmur özbaşınalığı ilə mübarizə edəcəklərini bəyan edirlər. Amma başa düşməlidirlər ki, Hüsni Mübarəkin ən böyük səhvi əcnəbilərə qul olmaq və öz xalqına zülm edib, ailə-klan hökumətini qurmaqı idi. Bu, xalqı boğazına yığmışdı. Artıq Misir xalqı Hüsni Mübarəkdən qurtarıb. Biz isə Hüsni Mübarək kimilərdən və Hüsni Mübarəkin Bakının Xırdalandakı heykəlindən qurtarmalıyıq.
- Misir xalqının qiyamı bir çox məsələlərə aydınlıq gətirdi. Bəs bizimkilər nə üçün ayılmırlar? (Rövşən -Sumqayıt)
-Hüsni Mübarəkin Azərbaycan Respublikasında heykəlini saxlamaq bizə başı-aşağılıq gətirir. Hələ son illərdə sionistlər də Bakıda heykəl ucaltmaq istəyirdilər. Vaxt gələcək sionist rejim də Hüsni Mübarəkin taleyi ilə üzləşəcək. Onda sionistlərlə dostluq abidəsi ucaltmağa çalışan Asim Mollazadə, Sabir Rüstəmxanlı, Nazim İbrahimov kimilərə də yalnız üzü-qaralıq qalacaq.