Azər Cəbiyevin guya polis idarəsində səs-küy salması və polislərə zorakılıq etməsi bildirilir və o bu şeylə ittiham olunurdu
Azərbaycan servisi/Aran agentliyi
Gəncə şəhərində həbs olunan ruhani Azər Cəbiyevlə polislər arasında üzləşmə baş tutmayıb.
Bu barədə İslam-Azeri.az İnternet qəzetinə Gəncədə həbs edilən ruhanilər Fəxri İlyasovun və Azər Cəbiyevin vəkili Elçin Namazov məlumat verib.
Onun sözlərinə görə, polislər üzləşməyə gəlməkdən imtina ediblər.
"Azər Cəbiyevin guya polis idarəsində səs-küy salması və polislərə zorakılıq etməsi bildirilir və o bu şeylə ittiham olunurdu. Bu ittihamın böhtan olduğunu bildirdik və biz bunun üçün üzləşmə vəsatəti istədik. Vəsatət təmin olundu və 12 fevralda üzləşmə baş tutmalı idi. Lakin müstəntiqlə əlaqə saxlasam da bu üzləşmə baş tutmadı. Müstəntiqin sözlərinə görə, polislər üzləşməyə gəlməkdən imtina ediblər" deyən Elçin Namazov polislərin üzə durmaqdan imtina etməsini yüksək qiymətləndirdiyini bildirib.
Vəkil yuxarıların polislərə üzə durmaq tapşırığının da ediləcəyini istisna etməyərək, bu dəfə də polislərin öz vicdan səslərinə qulaq asaraq üzləşmədən imtina edəcəyini ümid etdiyini qeyd edib.