Tarix : 2011 Feb 14
Kod 21362

İsrail Bakıdakı səfirliyini bağlayıb

İsarilin Azərbaycandakı səfirliyinin fəaliyyəti qeyri-müəyyən müddətə qədər dayandırılıb. SalamNews-un səfirliklə telefon əlaqəsi yaratmaq cəhdləri nəticəsiz qalıb
Azerbaijan servsi/Aran agentliyi

İsarilin Azərbaycandakı səfirliyinin fəaliyyəti qeyri-müəyyən müddətə qədər dayandırılıb. SalamNews-un səfirliklə telefon əlaqəsi yaratmaq cəhdləri nəticəsiz qalıb.

Telefonun avtomat cavab cihazından bu sözlər eşidilir: “Hazırda səfirlik bağlıdır”. Avtomatik cavablandırmada fövqəladə vəziyyət zamanı əlaqə saxlamaq mümkün olan nömrələr deyilir.

Qeyd etmək lazımdır ki, bu günlərdə İsrail öz vətəndaşlarını Azərbaycanda terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

ABŞ və Böyük Britaniya səfirlikləri isə adi rejimdə işləməyi davam etdirir. Bu barədə SalamNews-a qeyd olunan diplomatik missiyanın mətbuat xidmətindən xəbər verilib.

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Feb 14