Tarix : 2011 Feb 16
Kod 21381

''HƏR BİR HİCABLININ TƏHSİL ALMAQ HÜQUQU VAR''

Bu sözləri İslamafobiya və insan haqqlarının pozulamsına dair keçirilən konfransda, politoloq Zərdüşt Əlizadə bildirib
Aran agentliyi/

 

Azərbaycanda İslamafobiya əfsuslar olsun ki, mövcuddur vəbu cür halların olması insan haqqlarının pozulmasından xəbər verir". FaktXeber.com-un verdiyi məlumata görə, bu sözləri Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin (AAMIK) ölkədəbaş qaldırmış İslamafobiya vəinsan haqqlarının pozulamsına dair keçirdiyi konfransda, politoloq Zərdüşt Əlizadəbildirib.

Bu gün “Caspian Plaza” otelində təşkil olunan konfransda Zərdüşt Əlizadə qeyd edib ki, Azərbaycan islamofobiya ilə bağlı görülən işlər, hazırki hakimiyyəti Sovet rejimi ilə eyniləşdirir. "Düşünürəm ki, İslam dininə və dindarlara qarşı aparılan bu təzyiqlər dayandırılmaılıdır. Yaddan çıxarmaq olmaz ki, Heydər Əliyev və İlham Əliyevi prezident olarkən and içmə mərasimində Qurana əl basıb və həmçinin Həcc ziyarətində də olublar. Bu üzdən çox önəmlidir ki, ölkədə dinindən, irqindən asılı olamayaraq hər kəsə təhsil alması üçün şərait yaradılmalıdır"-deyə Zərdüşt Əlizadə bildirib

  • Yazılıb
  • da (də) 2011 Feb 16