Tarix : 2011 Feb 17
Kod 21386

Nəsrullahın bu çıxışı İsrailin qorxusunu artıracaq

Livan ''Hizbullah''ının rəhbəri İsrail rejiminin qorxusunu artıracaq çıxış edib
Azərbaycan servisi/Aran agentliyi

Livan "Hizbullah"ının rəhbəri İsrail rejiminin qorxusunu artıracaq çıxış edib.

İslam-Azeri.az İnternet qəzetinin "Əl Mənar"a istinadən verdiyi xəbərə görə, "Şəhidlər günü" tədbirində çıxış edən Livan "Hizbullah"ının baş katibi Seyyid Həsən Nəsrullah 12 fevralda Suriyada İsrail tərəfindən törədilən terrorla qətlə yetirilən İmad Muğniyənin qisasının mütləq alınacağını bildirib.

Misir zindanlarından azad edilən "Hizbullah" üzvlərinin də qatıldığı tədbirdə "Hizbullah" lideri deyib: "Ədalət bütün qaçqınların vətənlərinə dönməsi, işğal altındakı bütün Fələstin torpaqlarında bir Fələstin dövlətinin qurulması və müharibə günahkarlarından qisas alınmasını təmin etməlidir. Bölgədə ancaq o zaman daimi sülh və təhlükəsizlik təmin edilmiş olar. Saxta və qondarma sülh haqqında danışıqlar, haqqın sahibinə qaytarmasını təmin etməyəcək. Qatillərin mükafatlandırılması ilə eyni zamanda sülhdən danışmaq mümkün olmayacaqdır".

Hüsnü Mübarəkin devrilməsi münasibətilə Misirli gəncləri təbrik edən Seyyid Nəsrullah Qəzzaya yardım aparılması zamanı həbs edilən "Hizbullah" üzvlərinin azad edilməsinə əlindən gələni əsirgəməyən misirlilərə də təşəkkür edib.

Sionist rejimin müdafiə naziri Ehud Barakın "Hizbullah"a hücum edəcəyi barədə dedikləri sözlərinə də toxunan Livan "Hizbullah" hərəkatının lideri deyib: "Əgər bizim torpaqlara hücum etsəniz, Cəlilə torpaqlarının azad edilməsi üçün əmr verəcəyəm".

İmad Muğniyənin də hələ də qisasının alınmadığını önə çəkən Nəsrullah sözlərini belə bitirib: "İsrailli generallar və liderlərə səslənirəm. Bilin! Dünyanın harasında olursanız olun. İmad Muğniyənin qisası sizdən alınacaq. Onun qanı yerdə qalmayacaqdır!".

 

 

İslam-Azeri.az 

  • Yazılıb
  • da (də) 2011 Feb 17