200-ə yaxın qəsəbə sakinin iştirakı ilə keçirilən aksiya iştirakçılarının tələbi sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılması olub
Azərbaycan servisi/Aran agentliyi
Bu gün Nardaranda aksiya keçirilib.
İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, 200-ə yaxın qəsəbə sakinin iştirakı ilə keçirilən aksiya iştirakçılarının tələbi sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılması olub.
İmam Huseyn meydanında keçirilən aksiyanın əsas təşkilatçısı, Nardaran ağsaqqalı Məşhədi Natiq Kərimovun İslam-Azeri.az İnternet qəzetinə verdiyi məlumata görə, aksiya iştirakçıları hökümətə vaxt veriblər.
Məşhədi Natiq Kərimov bu barədə belə deyib: "İqtisadi, sosial məsələlərimizin yaxşılaşdırılması tələbilə aksiya keçirdik. Nardaranda vəziyyət çox gərgindir. Artıq dözmək olmur. Biz bu qərara gəldik ki, əgər gələn cüməyə kimi bu problemlər həll edilməsə böyük mitinq keçirəcəyik. Biz bu məsələ həll edilməyəcəyi təqdirdə, bütün narazı və müxalif qüvvələri Nardarana dəvət edəcəyik. Azərbaycanın bütün müxalif qüvvələrini İmam Huseyn (ə) meydanına dəvət edəcəyik. Onda siyasi tələblər də olacaq, başqa tələblər də. Hökümətə üzümüzə gələn cümə deyil, gələn cüməyə kimi vaxt qoyduq".