Fransa vətəndaşlarına Dağlıq Qarabağ və ona bitişik 7 rayona səfər etmək məsləhət görülmür
Azərbaycan servisi/Aran agentliyi
Fransa vətəndaşlarına Dağlıq Qarabağ və ona bitişik 7 rayona səfər etmək məsləhət görülmür.
İslam-Azeri.az İnternet Qəzetinin AzərTAc-a istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın Xarici İşlər Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın Azərbaycanın işğal olunmuş regionu olduğunu qeyd edən sənəd yerləşdirliib. Sənəddə qeyd edilir ki, böyük əksəriyyəti ermənilər tərəfidən məskunlaşdırılmış Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşir və Azərbaycanın təxminən 20 faiz torpağı işğal edilib. Həmçinin sənəddə Ermənistanla sərhəddə yerləşən Azərbaycan rayonlarının da işğal edildiyi qeyd edilib. Dağlıq Qarabağ problemi Azərbaycanda daxili siyasi məsələ, həll edilməyən münaqişə isə regionda Ermənistanla münaqişə kimi göstərilir.
Fransa XİN-i öz vətəndaşlarına Dağlıq Qarabağ və ona bitişik 7 rayona səfər etməyi məsləhət görmür. Qurumun məlumatında xəbərdarlıq edilir ki, işğal edilmiş ərazilərə səfər edəcəkləri təqdirdə Azərbaycana gedə bilməyəcəklər.