Tarix : 2011 Feb 17
Kod 21389

İslam və insan haqlarıyla bağlı tədbir keçirilib

bu haqda DEVAMM rəhbəri İlqar İbrahimoğlu ''Postmodern dövrdə İslam, demokratiya və insan haqları'' dəyirmi masasında bildirib
Azərbaycan servisi/Aran agentliyi

"Bu gün Azərbaycanda vicdan azadlığı öz ağır günlərni yaşayır."

SalamNews-un deyerler.org saytına istinadən verdiyi xəbərə görə, bu haqda DEVAMM rəhbəri İlqar İbrahimoğlu "Postmodern dövrdə İslam, demokratiya və insan haqları" dəyirmi masasında bildirib.
"1980-ci illərin milli oyanışı həm də dini dəyərlərin yenidən üzə çıxmasıyla müşaiyyət olunub. 1990-cı illərdən dindarlar cəmiyyətin bir hissəsinə çevrilib. 2000-ci illərin ortalarına qədər Azərbaycanın Avropaya inteqrasıyasında İslamın rolu barədə diskussiyalar gedirdi. Lakin 2008-ci ildən etibarən artıq möminlər "dağıdıcı proseslər"in ə vicdan azadlığına qarşı yönələn təzyiqlərin qarşısını almaq barədə düşünməyə məcburdurlar", İ.İbrahimoğlu bildirib.

"Hətta iş o yerə çatıb ki, möminlər peyğəmbərimizin doğum gününə də hazırlaşa bilmirlər, bütün bunlar çox kədərlidir", o, qeyd edib. 

  • Yazılıb
  • da (də) 2011 Feb 17