Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-ın müdafiə nazirinin müavini Aleksandr Verşbou ilə keçirdiyi görüşdə belə deyib
Azərbaycan servisi/Aran agentliyi
Rusiya Cənubi Qafqazda sərhədlərin açılmasında müsbət rol oynamayacaq. Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ-ın müdafiə nazirinin müavini Aleksandr Verşbou ilə keçirdiyi görüşdə belə deyib. Amerikalı diplomat Con Basın yazışmalarından aydın olur ki, gürcü dövlət başçısı Rusiyanın Türkiyə-Ermənistan münasibətlərinin bərpa edilməsi və Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olacağını hesab edir.
"WikiLeaks"in yazdığına görə, Saakaşvili Cənubi Qafqazda Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılması, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiyanın maraqlarına zidd olduğunu düşünür. O bildirib ki, Rusiya hər hansı güzəştə qarşıdır və Cənubi Qafqazda ziddiyyətin qorunub saxlanılması və sərhədlərin bağlı qalmasına üstünlük verir.
Saakaşvili deyib ki, Rusiya ABŞ-ın bir kənara çəkiləcəyini, özünün isə İran, Türkiyə və Gürcüstan kimi regional problemlərlə jonqlyorluq etməyə davam edəcəyini gözləyir.
ans