Tarix : 2011 Feb 17
Kod 21391

MÖVSÜM SƏMƏDOVUN HƏBSİ EV DUSTAQLIĞI İLƏ ƏVƏZ OLUNMADI

Bu barədə FaktXeber.com-a vəkil Anar Qasımov məlumat verib
Azərbaycan servisi/Aran agentliyi

Bu gün Azərbaycan İslam Partiyasının həbs olunmuş lideri Mövsüm Səmədovun növbəti məhkəmə prosesi keçirilib.  Nəsimi Rayon Məhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçən prosesdə, Mövsüm Səmədovun 3 aylıq həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti rədd edilib. Bu barədə FaktXeber.com-a vəkil Anar Qasımov məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmə prosesi bu gün saat 11:00-da başlamalı təqdirdə, yarım saat gec başlayıb. "Nəsimi Rayon Məhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçən prosesdə, Mövsüm bəy barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətim qəbul olunmadı. Bununla bağlı apelyasiya şikayəti verəcəm"-deyə vəkil Anar Qasımov bildirib. 

  • Yazılıb
  • da (də) 2011 Feb 17