Natiq Ədilov, Elmin Həsənli,Əbülfəz Qurbanlı, Seymur Həziyev, Ülvi Həsənli və başqaları Azərbaycan himnini oxuduğu üçün həbs olunub
Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Sumqayıt şəhər Məhkəməsində barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilən Salavanlı Cabbarın apelyasiya məhkəməsi keçirilib. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının keçirilən məhkəmə prosesində, məhkəmə onun barəsində seçilən həbs qəti-imkan tədbirini ləğv etməyib.
Qeyd edək ki, Cabbar Savalanlının məhkəməsi keçirilən zaman, ona bayırda 100-a yaxın gənc dəstək olub. Məhkəmənin verdiyi qərardan sonra Azərbaycan dövlət himnini oxumağa başlayan gənclər, polisin həbs olunması ilə üzləşib. Məlumata görə, bir neçə nəfər saxlanaraq polis şöbəsinə aparılıb.