Tarix : 2011 Feb 17
Kod 21394

NARDARANLILAR HAKİMİYYƏTƏ 9 GÜN VAXT VERDİ

Bu gün Bakının Nardaran qəsəbəsinin sakinləri təbii qazın veriLməməsinə görə etiraz aksiya keçiriB
Azərbaycan servisi/Aran agentliyi

Fevralın 16-da Bakının Nardaran qəsəbəsinin sakinləri İmam Hüseyn meydanında aksiya keçirib. Bu barədəFaktXeber.com-a Naradaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, hazırda Nardaranda qaz yoxdur və sakinlərin vəziyyəti çox pisdir. "Kəndimizə qaz vermirlər və sakinlərin vəziyyəti acınacaqlıdır. Bu isə kənd sakinlərini cana yığıb. Buna görə, bu gün aksiya keçirilib və nümayişdə heç bir siyasi şüar səslənməyib. Yalnız sosial tələblər qaldırılıb. Biz hakimiyyətdən Nardaran qəsəbəsinin daimi təbii qazla təmin olunmasını tələb etmişik. Mesajımızı onlara çatdırdıq. Hakimiyyətə fevralın 25-ə qədər vaxt vermişik. Əgər problemi həll etməsələr, bütün müxalif qüvvələri, Bakı kəndlərini, rayonları böyük mitinqə dəvət edəcəyik. Məsələ siyasiləşərsə, bunu özlərindən bilsinlər"-deyə Natiq Kərimov əlavə edib.

Qeyd edək ki, aksiyada kənd ağsaqqallarıda çıxış ediblər. Kən ağsaqqaları "Nardaranlı olduqlarına görə uşaqlarımızı işdən çıxarırlar", "Korrupsiya ilə mübarizədən danışırlar, ancaq korrupsiya Nardaranda baş alıb-gedir", - deyə bildiriblər.  

  • Yazılıb
  • da (də) 2011 Feb 17