ABŞ-ın müdafiə naziri Geyts, Barak Obamanın seçkidən əvvəl verdiyi sözləri yerinə yetirmədiyini açıqlayıb
Beynalxalq servisi/Aran agentliyi
FaktXeber.com-un Reuters-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Quantonamadakı əsir düşərgəsi Obamanın söz verməsinə baxmayaraq bağlanmayacaq. ABŞ-ın Müdafiə Naziri Robert Geyts, bütün dünya tərəfindən bağlanılması tələb olunan Quantnamo həbsxananın bağlanılma ehtimalının çox aşağı olduğunu bildirib.
Konqressdə keçirilən iclasda çıxış edən Geyts, parlament üzvlərinin Quantonamadakı əsirlərin ABŞ həbsxanalarına gətirilməsinə qarşı olduqlarına görə, həbsxananın bağlanmasının qeyir-mümkün olduğunu söyləyib.
ABŞ prezidenti Barak Obama, 2009-cu ilin yanvar ayında prezident seçildikdən iki gün sonra, dünya ictimaiyyəti qarşısında 1 il ərzində 172 əsr saxlanılan Quantanamo həbsxanasının bağlanılacağına söz vermişdi.
Xatırladaq ki, Quantanamo zindanı 10 il bundan əvvəl Corc Buş tərəfindən yaradılmışdır.