Rusiya servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiyada irqçi düşüncələrin xalq arasında getdikcə yayılması, artıq Kreml rəsmilərini narahat etməyə başlayıb. Rusiyanın "Levada Çentr" araşdırma mərkəzi tərəfindən aparılan sorğuya görə, "Rusiya yalnız Ruslar üçündür" düşüncəsini dəstəkləyən vətəndaşların sayı ölkə vətəndaşlarının 58%-ni təşkil edir. Bu göstərici isə rekord göstərici hesab olunur.
İndiyə qədər bu cür göstərici yalnız 2001-ci ildə olmuşdu. Son 10 il ərzində Rusiya əhalisinin yarısı milliyətçilik düşüncələrini dəstəkləməyə başlayıb. Sonuncu dəfə 2011-ci ilin yanvar ayında keçirilən sorğuda, ölkənin 45 müxtəlif əyalətindən olan 18 yaşdan yuxarı 1600-dən çox rusiyalı iştirak edib.
Mövzu ilə əlaqədar Rusiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Sosiologiya İnstitunun rəhbəri Mixail Qorşkov, "Rosisskaya Gazeta"-ya verdiyi açıqlamasında sorğunun nəticələrinin həqiqəti tam əks etdirmədiyini bildirib. O, qeyd edək ki, qarşımızdakı zaman ərzində işsizliyin və sosiolojoi problemlərin qarşısının alınmasının yeganə yolu, immiqrantlar haqqda olan siyasəti tətbiq etməklə mümkün olacaq.
Levada Çentr tədqiqat mərkəzinin başçısı Lev Qudkov isə, "Mütəxəsislərin bu cür radikal fikirləri qəbul etməməsi normal bir haldır. Amma hazırda cəmiyyətdə bu təhlükə var. Artıq azad insanlar milliyətçi düşüncələrə dəstək verməyə başlayıb. Ölkədə 70% əhali bu fikirləri dəstəkləyir. Lakin mütəxəsislər deyirlər ki, bu göstərici 5-6%-dir"-deyə açıqlama verib.
Lev Qudkov həmçinin qeyd edib ki, rəsmi Kremli təmsil edən partiyalar, son vaxtlar xeyli sərtləşib. Onun sözlərinə görə, Jirinovskinin rəhbərlik etdiyi Liberal partiyası, məhz dövlət tərəfindən yaradılıb. Ancaq son zamanlar hazırki iqtidar tərəfindən aparılan siyasət, millətçilərin iradəsini zəiflədib.