Tarix : 2011 Feb 18
Kod 21411

İSRAİL XARİCDƏKİ SƏFİRLİKLƏRİ NİYƏ BAĞLAYIR?

İsrailin 4 ölkədəki səfirliyi bağlanıb
Beynalxalq servisi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, İsrail dövləti xarici ölkələrdə yerləşən səfirliklərini bağlamaq məcburiyyətində qalıb. Rəsmi Təl-Əviv artıq 4 ölkədə yerləşən səfirliklərini müvəqqəti bağlayıb. Buna səbə isə Hizbullah təşkilatının lideri Seyyid Həsən Nəsrullahın çıxışı olub. Hizbullah lideri İmad Muğniyyənin ölümünün il dönümü ilə bağlı mərasimdə çıxış edərkən, İsrail generallarına müraciıt edib və onlara qisas alınacağı ilə bağlı xəbərdalıq edib.

Qeyd edək ki, bu günlərdə İsrailin Terrorla Mübarizə İdarəsi, öz vətəndaşlarını Misir, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan, Fil dişi Sahilləri və Venesuellaya getmələrinin təhlükəıli oduğu açıqlayıb. Bundan əkavə İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dondurması ilə bağlı məlumat yaysa da, sonradan işə başladıqlarını açıqlamışdı.

Nəzərinizə çatdıraq ki, Türkiyəin paytaxtı Ankara şəhərində yerləşən İsrail səfirliyi və İstanbuldakı konsulluq da fəaliyyətini dondurub. İsrail Xarici İşlər Nazirliyindən gələn göstəriş əsasında fəaliyyətini dayandırılan səfirliklərin nə vaxt işə başlayacağı açıqlanmır.

Xatırladaq ki, İsrailin bir neçə ölkədə yerləşən səfirliyini bağlamasına səbəb, Hizbullah komandiri İmad Muğniyyənin 2008-ci ilin fevral ayında öldürülməsidir. Hizbullah lideri Seyyid Nəsrullahın israilli generallara intiqamla bağlı, "Buradan sionist generallarına və liderlərinə səslənirəm. Dünyanın harasında olursunuzsa olun, həmişə diqqətli olun. Çünki Şəhid Muğniyyənin qanı boşuna axmayıb" müraciətini etməsi, ölkədə böyük təşvişə səbəb olub. 

  • Yazılıb
  • da (də) 2011 Feb 18