Üzərində zorakılıq əlamətləri görünməyən, donmuş naməlum qadının 45-50 yaşlarında olduğu bildirilir
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycanın Xırdalan şəhərində qadın meyiti tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəsəd fevralın 17-də saat 08.25 radələrində Xırdalan şəhəri 27-ci məhəllənin ərazisində tapılıb.
Üzərində zorakılıq əlamətləri görünməyən, donmuş naməlum qadının 45-50 yaşlarında olduğu bildirilir.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
ANS