Tarix : 2011 Feb 18
Kod 21415

İsrail Gürcüstandakı səfirliyini də bağladı

İsrail Gürcüstandakı səfirliyini də bağlayıb. Diplomatik korpusun əməkdaşlarının verdiyi məlumata görə, artıq bir həftədir səfirlik fəaliyyət göstərmir
Beynalxalq servisi/Aran agentliyi

İsrail Gürcüstandakı səfirliyini də bağlayıb. Diplomatik korpusun əməkdaşlarının verdiyi məlumata görə, artıq bir həftədir səfirlik fəaliyyət göstərmir. İsrail diplomatik nümayəndəliyinin bağlanma səbəbləri haqda dəqiq məlumat verilmir. Bəzi məlumatlara görə, dünyanın bir sıra ölkələrində olan israilli diplomatlar fəaliyyətlərini ev şəraitində davam etdirir. Hələlik diplomatik nümayəndəliklərin normal iş rejiminin nə vaxt bərpa ediləcəyi məlum deyil.

İsrail həmçinin Türkiyədəki səfirliyini də bağlamaq haqda qərar qəbul edib. Ötən həftənin cümə günü İsrail Türkiyədəki səfirliyi və eləcə də İstanbuldakı konsulluğunun fəaliyyətini dayandırıb.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfirliyi də bağlanıb. Səfirliyin əlaqə telefonuna zəng edən zaman avtocavablayıcı bildirir ki, hazırda İsrail səfirliyi bağlanıb. Telefon xidməti təcili hallarda zəng etmək üçün "0557755015" nömrəli mobil telefon nömrəsi səsləndirir. Lakin bu nömrəyə də zəng çatmır. Səfirliyin hansı səbəbən bağlı olması açıqlanmayıb.

ans 

  • Yazılıb
  • da (də) 2011 Feb 18