Tarix : 2011 Feb 18
Kod 21416

Təbrizin imam cüməsi Qafqaz müsəlmanları idarəsinin sədrini Azərbaycan da olan hicaba qarşı qadağ...

Təbriz xalqı bütün müsəlmanlar kimi müsəlman və qonşu ölkə olan Azərbaycan respublikasında hicabın ləğv olunmasını gözləyir
/Aran

 

  “Aran” xəbər mərkəzinin verdiyi xəbərə əsasən, həzrəti Ayətullah Müctehid Şəbistəri çaharşənbə gecə dünya şəbəkəsi sayılan “Səhər” kanalında canlı yayımlanan “Kompas” verlişində iştirak etmişdir. Azərbaycan respublikasının cəmiyyətinin 95%dan çoxunun müsəlman olduğuna toxunaraq bu ölkədə hicaba qarşı qoyulan qadağanı Amerika və Sionist rejiminin siyasətindən itaət etmək kimi qələmə verib.

  O, Türkiyədə Atatürk və İranda Rzaxan Pəhləvi zamanında  hicabın qadağan olmasını yada salaraq bildirdi ki, bu gün Türkiyədə bütün səylərə baxmayaraq hicaba və İslami təlimlərə əlaqə gözə çarpır, necəki aşura günündə bu ölkənin baş naziri şiələrin əza mərasimində iştirak edərək söhbət etmişdir.

  Təbrizin imam cüməsi  Qurani-Kərimdə yeddi ayənin  hicabla bağlı nazil olmasını qeyd edib  Azərbaycan respublikası xalqının Əhli-beyt məktəbinə xüsusi əlaqəsinin olduğana işarə etdi və  bu xalqa hicabın qadağan olmasını təəssüf və təəccüb etdiyini bildirdi.    

  Ayətullah Müctehid Şəbistəri Azərbaycan respublikasında hicaba qoyulmuş qadağanın Təbriz xalqının narahatçılığına səbəb olduğunu və geniş etiraz aksiyalarının keçirilməsinə işarə etdi və bildirdi ki, Təbriz xalqı bütün müsəlmanlar kimi müsəlman və qonşu ölkə olan Azərbaycan respublikasında hicabın ləğv olunmasını gözləyirlər. O, Təbrizin qız şagirdlərinin Azərbaycan respublikasının səfirliyi qarşısında keçirdiyi etiraz aksiyasına işarə edərək özünün bu məsələnin tezliklə həll olunmasına ümüdvar olduğunu bildirdi.

  Şərqi Azərbaycan əyalətinin  Vəliyyi fəqih nümayəndəsi, söhbətinin bir hissəsində Azərbaycanda dinin keçmişinə işarə etdi və dini dözümsüzlüyü Azərbaycan respublikası xalqının xüsusiyyətlərindən olduğunu qeyd edərək bu məntəqədə bu dözümsüzlük böyük din alimləri və İmam Hüseyn (ə) olan bağlılığın nəticəsi olduğunu bildirdi. 

  Təbrizin imam cüməsi Qafqaz müsəlmanları idarəsinin sədrini Azərbaycan respublikasında olan hicaba qarşı qadağaya öz mövqeyinin bildirməyini istəyib və bu idarə sədrinin bu məsələyə təqiyyə bəhanəsilə süküt etməsini qeyri-qəbul olduğunu deyib.

  O, söhbətinin sonunda İslam ölkələrində baş verən sonuncu hadisələr ki, İslami şüarlar ilə əmələ gəlmələrini yada salaraq, Azərbaycan respublikasında dinə zid olan siyasətləri o cümlədən məscidlərin dağıldılması və hicabın qadağan olunmasına işarə edərək bu ölkənin dövlətindən istədi ki Amerika və İsraildan itaət etməsin və bunun yerinə Azərbaycan respublikasının müsəlman xalqının istəklərinə ki, İlahi əhkamlarla uyğundur diqqət yetirsin.

   Bunuda qeyd edək ki, həzrəti Ayətullah Müctehid Şəbistəri bundan öncədə Təbrizin neçə cümə namazında Azərbaycan respublikasında hicaba qarşı qoyulan qadağanı məhkum edərək  bu qadağanın tezliklə ləğv olunmasına təkid

  • Yazılıb
  • da (də) 2011 Feb 18